Accessibility links

Müxalifət fəalları iki ay müddətinə həbs edilib


Müxalifət fəalları iki ay müddətinə həbs edilib
Müxalifət fəalları iki ay müddətinə həbs edilib

Müxalifət fəalları ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə təqsirli bilinir.

Bu gün Səbael rayon məhkəməsinin qərarı ilə İctimai Palatanın 2 aprel mitinqi zaman saxlanmış AXCP-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Məhəmməd Məcidli, Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılı və Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslı barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib. Hər üç müxalifət fəalı Azərbaycan Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə təqsirli bilinir.
Bakı şəhər Prokurorluğu AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı da eyni ittihamı irəli sürüb. Məhkəmə Fuad Qəhrəmanlı barədə həbs qəti imkan tədbiri seçməyib. Ondan istintaq müddətində Bakı şəhərini tərk etməmək barədə iltizam alınıb.

Respublika Prokurorluğu və Daxili İşlər nazirliyinin məlumatına görə, aksiya zamanı 70 insan saxlanıb. Onlar inzibati qaydada cəzalandırılıb.

Mitinq Komitəsinin məlumatına görə isə aksiya zamanı və aksiyadan öncəki günlərdə iki yüzdən çox fəal saxlanıb. Onların 30 nəfəri barəsində 5 sutkadan 13 sutkayadək inzibati qaydada həbs verilib. Bir çox aksiyaçı cərimə olunub və ya xəbərdarlıq edilərək buraxılıb.

XS
SM
MD
LG