Accessibility links

Naftalan yalnız Azərbaycan və Xorvatiyadadır [Video]


Dünyada müalicəsi çətin olan dəri xəstəlikləri və revmatizmin müalicəsi üçün xam neftdən istifadə edilən iki yer var, Azərbaycan və Xorvatiya. Bu tünd rəngli yağ xəstənin çiyinlərinə qədər oturacağı vannaya sızılır.

Belə xəstələrdən biri moskvalı biznesmen Pyotr Xlebtsovdur. O, Psariaz dəri xəstəliyindən əzab çəkir. “Mən Naftalan xəstəxanasına səkkizinci dəfədir gəlirəm. Buradakı müalicə mənə çox kömək edir. Hər gün 15 dəqiqə vannada oturduqdan sonra otağıma gedib bir saata qədər dincəlirəm, bu müddətdə bədən yenidən bərpa olur.”

Pyotr müalicənin nəticələrindən razı qaldığını deyir. “Burada böyük qırmızı ləkə var idi ki, xeyli balacalaşıb. İndi burada iki balaca ləkə qalıb. Mən Allaha yalvarıram ki, bu il bu yaralar tamamilə çəkilsin.”

Buradakı Naftalan klinikası 1989-cu ildə fəaliyyətə başlayıb. Klinikanın meneceri deyir ki, bu ideya müalicə üçün eynilə xam neftdən istifadə edilən, elə adı da Naftalan olan Azərbaycandan gəlib. “Azərbaycana işləməyə gedən mühəndislər orada neftin tərkibinin bizimki ilə eyni olduğunu aşkar ediblər. Bundan sonra onlar neftin tərkibini yoxlamaq üçün nümunələr götürüb və bizim neftin də Azərbaycandakı kimi eyni kimyəvi tərkibə malik olduğunu öyrəniblər.”

Lakin onlar deyirlər ki, Azərbaycanda müalicə üçün xam neftdən istifadə edilir, lakin Xorvatiyada müalicə üçün neft təmizlənir. “Biz xam neftin tərkibində bəzi zərərli maddələr olduğunu düşündüyümüz üçün tibbdə distillə edilmiş neftdən istifadə edirik. Nefti təmizlənərkən tərkibində bütün müalicəvi maddələr qalır" deyə, menecer bildirir.

Naftalan klinikasının yerləşdiyi İvanik Qrad Zaqreb aeroportunun 25 km-liyində yerləşir. Müalicənin günü isə 100 dollardır və xəstələr bunun faydaları ilə müqayisədə ucuz hesab edir.

Naftalan bu yaxınlarda evdə istifadə məqsədilə müalicəvi kremlər, sampunlar, sabunlar və yağlar istehsal etməyə başlayıb.

XS
SM
MD
LG