Accessibility links

Azərbaycan konsulu Niderlanddan sığınacaq istəyib?


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Cəfərov tutduğu vəzifədən azad edilib. Bu barədə AzNews.az saytl xəbər yayıb.

Məlumatda deyilir ki, konsul vəzifəsindən kənarlaşdırılandan sonra Nahid Cəfərov Xarici İşlər Nazirliyinə dəvət olunub. Amma konsul Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “qiyamçı diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olması ilə bağlıdır. Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işi ilə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də, ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

AzNews.az-ın məlumatına görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.

Sayt olayla əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə faktı nə təkzib, nə də təsdiq edib. Xidmət rəhbəri bildirib ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.

XS
SM
MD
LG