Accessibility links

“Nardaran işi” ilə bağlı məhkəmə davam edir [Video]


Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsәlman Birliyi” Hәrәkatının sәdri Tale Bağırzadә, AXCP sәdrinin müavini Fuad Qәhrәmanlı vә daha 16 nәfәrin içşi üzrə “Nardaran işi” adlandrılan mәhkәmә prosesi təqsirləndirlən şəxslərin ifadəsi ilə davam edib.

Məhkəmə zalında mühakimә edilәnlәrin yaxınları ilә yanaşı, ictimaiyyәtin nümayәndәlәri, o cümlәdәn AXCP sәdri Әli Kәrimli, Fransa, Böyük Britaniya və Almaniya səfirliklərinin tәmsilçilәri olub.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran kəndində xüsusi əməliyyat keçirib. İkisi polis əməkdaşı olmaqla ümumilikdə altı nəfər ölüb.

Əməliyyat zamanı Taleh Bağırzadə də daxil olmaqla, 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir çoxunun cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

Bağlırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı

AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. Qəhrəmanlı Facebook səhifəsində yazdığı statusdan sonra həbs edilib.

Vəkil Fariz Namazlı bu gün keçirilən məhkəmə iclasından sonra bildirib ki, Taleh Bağırzadə ifadəsində noyabrın 15-də Nardaranda baş verən hadisənin hakimiyyətin təxribatı olduğunu deyib.

“Ölən polis işçiləri də məhz hakimiyyətin əli ilə öldürülüb”, o qeyd edib.

AXCP sədri Əli Kərimli deyib kli, Taleh Bağırzadə günlərlə işgəncəyə məruz qalıb, o AXCP və Milli Şura əleyhinə ifadələr verməyə məcbur edilib.

“Görüblər ki, Taleh Bağırzadədən istədikləri ifadəni ala bilmirlər, ona görə də Fuad Qəhrəmanlını şərləyərək Facebook statuslarına görə həbs ediblər”, o qeyd edib.

Məhkəmə işini avqustun 4-də davam etdirəcək.

XS
SM
MD
LG