Accessibility links

“Nardaran işi” məhkəməsində işgəncələrdən danışılıb - Cəmil Həsənlinin şərhi [Video]


Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran İşi” üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov ifadə verib.

“Nardaran işi” məhkəməsi
“Nardaran işi” məhkəməsi

Vəkillər və təqsirləndirilən şəxslər işgəncələrlə bağlı Ağabəyova suallar ünvanlayıb. Bu zaman zalda mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Məhkəmə iclasını müşahidə edən Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində öz təəssüratlarını yazıb.

“Yenicə “Nardaran işi” ilə bağlı məhkəmədən gəlirəm. Bu gün prosesdə bu iş üzrə şahid və zərərçəkən kimi tanınmış “Bandotdelin” (Daxili İşlər Nazirlıiyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) əməliyyat işçisi İslam Ağabəyov ifadə verirdi. Məhkəmə araşdırması zamanı vəkillər və təqsirləndirilən şəxslər Nardaran işi ilə bağlı cənab Ağabəyovun saxlanılan şəxslərə ağır işgəncələr verdiyini üzə çıxardı. Bu ayrı bir yazının mövzusudur. Ən maraqlısı odur ki, Nardaran əməliyyatının əsas təşkilatçılarından biri olan Ağabəyov bu iş üzrə həm əməliyyat istintaq işlərində iştirak edib, təqsirləndirilən şəxslərin hadisə yerinə aparılması və bu prosesin videoya alınmasında iştiriak edib, həm də işdə şahid və zərərçəkən kimi tanınıb. Suala cavab zamanı Hacı Tale Bağırzadə bəyan etdi ki, məhz Ağabəyov ondan Nardaran hadisələrini Milli Şuranın, Əli Kərimli və mənim təşkil etməyib barədə təhdid və işgəncə yolu ilə ifadə almağa çalışıb, bu ifadəni almaq üçün ona idarədə dəhşətli işgəncə veriblər. Əslində, normal və müstəqil məhkəmə olsaydı Ağabəyov törətdiyi qanunsuz əməllərinə görə məhkəmə zalındaca həbs olunmalı idi. Yeri gəlmişkən, bu gün o da aydın oldu ki, bir neçə gün əvvəl həbs edilmiş Əli Kərimlinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin maşınının yük yerinə Gülənçi ədəbiyyatı yerləşdirənlərdən biri də elə bu İslam Ağabəyov olub”, Həsənli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG