Accessibility links

Nərgiz Əliyarova: Azərbaycan musiqisinin təbliğinə ən ümdə məsələ kimi baxıram


Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova Nyu York şəhərində solo konsert proqramı ilə çıxış edib. Amerika səfəri çərçivəsində pianoçu ABŞ universitetlərində mühazirələr oxuyub və konsertlər verib. Nərgiz Əliyarova Vaşinqtonda Amerikanın Səsinin də qonağı olub və ABŞ-a səfəri, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması, pedaqoji və ifaçılıq fəaliyyətindən danışıb.

ABŞ-a səfəri çərçivəsində Nərgiz Əliyarova Virciniya ştatında Corc Meyson universiteti və Vaşinqtonda Amerika universitetində Azərbaycan musiqisi haqda mühazirələr oxuyub, Azərbaycanın klasssik və müasir musiqi əsərlərindən ibarət proqramla çıxış edib.

Amerika universitetində də konsertim oldu. Çox böyük marağa səbəb oldu. Hətta mənə tələbələr yox, professorlar da yaxınlaşıb musiqinin notlarını xahiş etdilər.

"Mən bir azərbaycanlı pianoçu kimi, Azərbaycanı sevən bir adam kimi qürur duyuram ki, böyük bir auditoriya olmasa da, universitet auditoriyası olsa da hansısa bir bilgi verə bilmişəm, Azərbaycan musiqisini təbliğ etmək mənə müyəssər olub."

Pianoçu Amerika auditoriyasında Azərbaycan musiqisinə böyük maraq göstərildiyini qeyd edib.

Buna özümün ümdə məsələm kimi baxıram ki, mən azərbaycanlı pianoçu kimi bu musiqini təbliğ etməliyəm.

"Amerika universitetində də konsertim oldu. Çox böyük marağa səbəb oldu. Hətta mənə tələbələr yox, professorlar da yaxınlaşıb musiqinin notlarını xahiş etdilər. Bu, çox böyük bir göstəricidir. Onlar demək istəyirdilər ki, biz musiqiyə təkcə bir qulaq asmırıq, biz onu özümüz də onu ifa etmək istəyirik. Onlar notları məndən götürüb surətini çıxardılar. İnanıram ki, məndən sonra da tələbələr və professorlar o musiqini ifa edəcəklər."

Pianoçu Azərbaycan musiqinin dünya miqyasında tanıdılması işinə prioritet kimi baxdığını vurğulayıb.

"Bir bir azərbaycanlı kimi buna özümün ümdə məsələm kimi baxıram ki, mən azərbaycanlı pianoçu kimi bu musiqini təbliğ etməliyəm. Bu sahədə hələ çox işlər görülməlidir. Azərbaycan musiqisi dünyada kifayət qədər təbliğ olunmayıb. Ümid edirəm ki, bundan sonra daha da çox işləyəcəyik bunun üzərində."

Pianoçunun 2016-cı ildə işıq üzü görən “Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir” (“Nargiz Aliyarova plays Azerbaijani music”) adlı diskində Azərbaycan bəstəkarlarının əsərləri təqdim edilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG