Accessibility links

İranla sərhəddə 1 kiloqramdan çox heroin götürülüb


İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Azərbaycanın Biləsuvar rayonunun (Bakıdan 179 kilometr cənub) ərazisindəki dövlət sərhədindən narkotik vasitələri keçirən Yevlax rayon sakinləri Müşfiq Niyazquliyev və Ramin Cəfərov saxlanılıb.

Məlumatda deyilir ki, həmin şəxslərdən 1 kq 250 qram heroin və 950 qram marixuana götürülüb. Təqib zamanı sərhədçilərə müqavimət göstərən Ramin Cəfərov özünə bıçaqla ağır bədən xəsarəti yetirib.

Dövlət Sərhəd Xidməti bildirir ki, Ramin Cəfərova ilkin tibbi yardım göstərilib, həyatına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG