Accessibility links

Nərminə Ağası: Valideynlərimin həyatda olması mənim üçün ən böyük səadətdir MÜSAHİBƏ


"Passage" jurnalının baş redaktoru Nərminə Ağası ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:51 0:00


Nərminə Ağasi rəhbərlik etdiyi “Passage” jurnallının artıq 10 ildir müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyini deyib. O, dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar haqda məlumat topladığını, onlarla müsahibələr aparmaq üçün tez-tez səfərlər etməli olduğunu bildirib.

Nərminə xanım jurnalda incəsənətə və modaya da geniş yer verildiyini deyib. Əsas məqsədin Azərbaycanda hər sahədə maarifləndirmədən ibarət olduğunu deyən baş redaktor buna görə də jurnalda çox sayda rubrikaya yer verildiyini bildirib.

Nərminə Ağası jurnalın sırf qadınlar və ya kişilər üçün olmadığını, müxtəlif mövzulardan söz açdığını, bir körpü kimi müxtəlif sahələr arasında əlaqə yaratdığını deyib.

Nərminə xanım onu da əlavə edib ki, jurnalda əsas məqamlardan biri Azərbaycanın korifeylərinin həyat və yaradıcılığı, bəzən unudulmuş sənətkarlarımızın həyatını gənc nəslə çatdırmaqdır.

Həm jurnalda çalışan, həm Azərbaycan Musiqi Akademiyasında dərs deyən, eyni zamanda, ailəsi və valideynlərinin qayğısına qalan Nərminə xanıma bütün bunları necə etdiyini, bunlara necə vaxt çatdırdığı barədə sualın cavabında hələ lap erkənyaşlarından onda bir təşkilatçılıq qabiliyyəti olduğunu deyib. Nərminə xanım ailəsindən danışaraq, həyatında ən sevindirici halın valideynlərinin sağ olması və onlara bacardığı qədər qayğı göstərməsi olduğunu deyib.
XS
SM
MD
LG