Accessibility links

NATO baş katibi Əfqanıstandakı əməliyyatlara dair görüşdə çıxış edib


NATO baş katibi Əfqanıstandakı əməliyyatlara dair görüşdə çıxış edib
NATO baş katibi Əfqanıstandakı əməliyyatlara dair görüşdə çıxış edib

NATO-nun baş katibi Anders Foq Rasmussen Əfqanıstandakı əməliyyatların müttəfiqlər üçün həyati əhəmiyyət kəsb etdiyini deyərək əfqan hökumətinin 2014-cü ildə ölkədə təhlükəsizliyə tam nəzarəti öz üzərinə götürəcəyini proqnozlaşdırıb. O, Brusseldə NATO müdafiə nazirlərinin və Əfqanıstandakı başqa beynəlxalq təhlükəsizlik qüvvələrinin keçirdiyi görüşdə çıxış edib. Görüş bu ilin sonunda ABŞ qoşunlarının Əfqanıstandan çıxmasına həsr olunub. ABŞ müdafiə naziri Robert Geyts də görüşdə iştirak edib. Bu onun təqaüdə çıxmazdan əvvəl iştirak etdiyi sonuncu görüşüdür.

XS
SM
MD
LG