Accessibility links

NATO-ya üzv 28 ölkə lideri son iki ildə ilk dəfə olaraq bu həftə Britaniyada bir araya gəlib.

Son dəfə NATO-nun Çikaqo görüşündə Əfqanıstan gündəlikdə əsas yer almışdı. O zaman Rusiya terrorizm və nüvə silahlarının yayılmamaması məsələlərinin müzakirəsində tərəfdaş hesab edilirdi. Lakin bu dəfə Rusiyanın Krımı ilhaqından sonra müzakirələrin diqqət mərkəzində Ukrayna böhranı yer alır.

Rusiyanın bizi rəqib tərəf hesab etməsi kimi bir reallıqla üzləşmişik

NATO-nun baş katibi Anders Foq Rasmussenin dediyinə görə, alyans dəyişik bir dünya ilə üzləşib. "Rusiyanın bizi rəqib tərəf hesab etməsi kimi bir reallıqla üzləşmişik. Biz bu vəziyyətə uyğunlaşmalıyıq."

Bu isə o deməkdir ki, NATO-nun Litva kimi Rusiyaya yaxın ölkələrdəki hərbi mövcudluğu ilə quruma üzv hər bir ölkəyə qarşı hücuma tez bir şəkildə cavab verilməlidir. Lakin alyans qeyri-üvz Ukraynanın qorunması üçün Rusiya ilə müharibəyə girmək niyyətində olmadığını da aydın şəkildə dilə gətirib.

Anders Foq Rasmussen

Anders Foq Rasmussen

Londonda yerləşən Chatham House-dan Kseniya Uskett Rusiyanın qırmızı xətti keçməsinin əks-produktivliyi barədə xəbərdarlıq verib. "Təkcə sammitdə deyil, ümumiyyətlə maraq doğuran bir məsələ NATO-nun gələcəkdə qırmızı xətlə bağlı iddialılığı olacaq. Bu, alyansa əməliyyata keçmək azadlığı versə də, nə kimi cavab verə biləcəyini qeyri-müəyyən saxlayır."

NATO liderləri Suriya və İraqın bəzi bölgələrinin nəzarətini ələ keçirən İslam Dövləti qrupunun təhlükəsinə cavab yollarını da müzakirə edir.

Talibanın fəaliyyətini gücləndirdiyi Əfqanıstan da gündəmdədir.

Ekspertlər və NATO liderləri quruma üzv ölkələrin Avropa və Şimali Amerikanın yeni təhlükələrə müqavimət göstərməsi üçün əlavə vəsait ayıracağına ümid bəsləyir.

XS
SM
MD
LG