Accessibility links

NATO əsgərləri sərnişin avtobusuna atəş açıb


Sürücü avtobusu saxlamağı rədd edib

NATO-nun bildirdiyinə görə, bu gün alyans əsgərlərinin avtobusa atəş açması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. NATO-dan verilən məlumata görə, Qəndəhar vilayətinin Zari rayonunda sürücü avtobusu saxlamaq əmrinə tabe olmadıqdan sonra nəzarətçilər ona atəş açıb. Yoxlanış zamanı isə maşının sərnişin avtobusu olduğu məlum olub. Ölənlər arasında qadın da var. NATO əsgərləri yaralıların bəzisini hərbi pospitala aparıb. Açıqlanan bəyanatda alyans faciəvi insan itkisinə görə dərin təəssüf hissi keçirdiyini bildirib. NATO və Əfqan rəsmilərindən ibarət heyət hadisəni araşdırmaq üçün Zariyə gəlib. Onlarla əfqan isə Qəndəhar şəhərinin küçələrinə çıxaraq etiraz aksiyası keçirib.

XS
SM
MD
LG