Accessibility links

NATO Şərqi Avropada mövcudluğunu artırır


NATO ölkələrinin xarici işlər nazirlərinin Brüssel toplantısı
NATO ölkələrinin xarici işlər nazirlərinin Brüssel toplantısı

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, alyansın Şərqi Avropada mövcudluğunu artırması ilə atdığı addımlar potensial təcavüzkara aydın siqnaldır.

Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iki günlük toplantısından əvvəl danışan Yens Stoltenberq Rusiyanı nəzərdə tutaraq, NATO-nun müttəfiqinə qarşı hər hansı bir təcavüzə cavab verəcəyini deyib.

“Mən müdafiə nazirlərinin alyansın şərq hissələrində mövcudluğunun artırılmasına dair razılıq əldə edəcəyini gözləyirəm. Bununla yadın siqnal göndərilir. NATO müttəfiqinə qarşı hər hansı bir təcavüzə bir qüvvə kimi cavab verəcək. Biz artıq mövcudluğumuzu və qüvvələrimizin hazırlıq səviyyəsini ciddi şəkildə artırmışıq”-deyə Yens Stoltenberq bildirib.

Rusiyanın iki il bundan əvvəl Krımı işğal etməsindən bəri Qərbin hərbi alyansının Moskvanın Polşa və Baltik ölkələrinə müdaxilə edə bilməsilə bağlı narahatlıqları artıb.

"NATO müttəfiqinə qarşı hər hansı bir təcavüzə bir qüvvə kimi cavab verəcək. Biz artıq mövcudluğumuzu və qüvvələrimizin hazırlıq səviyyəsini ciddi şəkildə artırmışıq”-Yens Stoltenberq

​Britaniyanın Müdafiə naziri Maykl Fallon Brüsseldə bu narahatlığı bir daha dilə gətirib.

“NATO şərq sərhədində və Aralıq dənizində təzyiqlərlə qarşılaşıb və bu gün biz hər hansı bir təcavüzün və şahidi olduğumuz təhlükələrin qarşısını almaq üçün qüvvələrin və gəmilərin yerləşdirilməsinə dair aydın bir plan ətrafında birləşməliyik”-deyə o bildirib.

Reuters xəbər agentliyinə əsasən, Rusiyanın Xarici İşlər nazirinin sözçüsü Mariya Zaxarova NATO-nun soyuq müharibə dövründən bəri şərq sərhədində hərbi mövcudluğunu genişləndirməsini Rusiyaya qarşı yönəlmiş qeyri-sabitlik aktı adlandırıb.

NATO-nun müdafiə nazirlərinin Brüssel görüşündə Türkiyənin Avropaya keçməyə çalışan miqrant axını ilə bağlı köməyə dair müraciəti də nəzərdən keçiriləcək.

XS
SM
MD
LG