Accessibility links

NATO-nun Türkiyənin Suriya ilə sərhəd bölgəsinə raketlərdən müdafiə sistemi yerləşdirmək qərarı Qərbin Suriya münaqişəsinə yeni prizmadan yanaşdığını göstərir. Suriya sərhədlərində müxalif qüvvələrin nəzarəti altında olan Ras Əl-Eyn Suriyanın hökumət qüvvələrinin daimi hədəfidir.

Bura Türkiyənin Ceylanpınar şəhərindən bir neçə km-lik məsafədə yerləşir. Hücumların qurbanları Türkiyə xəstəxanlarında müalicə alır. NATO-nun baş katibi Anders Fog Rasmussen deyib ki,Türkiyəyə hücum etmək niyyətində olanlara biz bu haqda düşünməsin belə deyirik.

NATO rəsmiləri sərhəd bölgələrə səfər edib, sistemin yerləşdiriləcəyi yerləri müəyyən edirlər. Təchizat Türkiyəyə ABŞ, Almaniya və Hollandiya tərəfindən göndəriləcək.

Oktyabr ayında Suriyanın Türkiyənin Akcakale kəndinə hücumu nəticəsində bir ailənin beş üzvü həlak olmuşdu. Hadisə Türkiyəni cavab verməyə vadar etmişdi. Patriot raket sistemi bu kimi insidentlərə mane olmayacaq. Bu, Karneqi Beynəlxalq Sülh Mərkəzinin əməkdaşı Pol Şultun fikridir. “Patriot artilleriya üçün nəzərdə tutulmayıb. Bu yalnız hava hücumlarında faydalı ola bilər. Patriotun yalnız bir məqsədi var ki, bu da birlik və həll səylərinin nümayişidir.”

NATO-nun baş katibi ABŞ prezidenti Barak Obamanın çağırışlarına qoşularaq, Suriyanın kimyəvi silahlardan istifadə etməsinin nəticələri ilə üzləşəcəyini deyib.
Pol Şult koordinasiyalı cavabın Qərbin Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı əlbirliyini nümayiş etdirdiyini deyir. “Əgər bütün bunlara baxmayaraq, Suriya illərlə malik olduğunu inkar etdiyi kimyəvi silahlardan istifadə etsə, NATO və ABŞ üçün ölçü götürməmək çətin olacaq.”

Türkiyə üçün isə sistemin yerləşdirilməsi həmrəylik deməkdir. Bu, Londonda yerləşən siyasət institutu Çatham Hausun əməkdaşı Fadi Hakuranın sözləridir.
“Nə Obama adminsitrasiyası, nə də Amerika xalqı regionda daha bir hərbi əməliyyatın tərəfdarıdır. Bu isə Ankaranı narahat edir. Belə ki, Vaşinqtonun müdaxiləsi olmadan Türkiyə öz qolunun qüvvətini göstərə bilməyəcək”.

Patriot beynəlxalq ictimaiyyətin ilk əlaqələndirilmiş addımı olsa da, Suriyaya xaricdən hərbi müdaxilə perspektivləri hələ ki, qeyri-müəyyən olaraq qalır.
XS
SM
MD
LG