Accessibility links

Bakıda “2014-cü ildən sonrakı Əfqanıstan” müzakirə edilir


Əfqanıstanda 3 NATO əsgəri həlak olub
Əfqanıstanda 3 NATO əsgəri həlak olub

Bu ilki NATO yay məktəbinin sessiyası bu mövzuya həsr olunub

İyulun 1-də Bakıda NISA-nın (NATO International School of Azerbaijan – NATO Azərbaycan Beynəlxalq Məktəbi) növbəti yay sessiyası açlıb. Sessiya NİSA fəaliyyətinin 10 illiyinə təsadüf edir və “2014-cü ildən sonrakı Əfqanıstan” mövzusuna həsr olunub.

2014-cü ilin sonunadək İSAF qüvvələri Əfqanıstandan tədricən çıxarılacaq və Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin qorunmasını öz üzərinə götürəcək. Bu kontekstdə yay sessiyasının məqsədi Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlər, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlar, regional və beynəlxalq əməkdaşlıq strategiyalarına dair fikir mübadiləsi aparmaqdır.

Tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim iştirak edir. Sessiyada mövzu ətrafında ixtisaslaşmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edir.

2003-cü ildən fəaliyyət göstərən NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə, onların həlli yollarının araşdırılmasından ibarətdir.

Tədbiri işıqlandırmaq istəyən KİV nümayəndələrinin cari ilin 1 iyul tarixində saat 09:00-da “JUMEIRAH BILGAH BEACH HOTEL”-in Bilgəh zalında olmaları xahiş olunur.

Mətbuat nümayəndələrindən çalışdıqları iş yerlərini təsdiq edən sənədi gətirmələri xahiş olunur. Xarici KİV nümayəndələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
XS
SM
MD
LG