Accessibility links

NATO Azərbaycanın enerji infrastrukturunun qorunmasını vəd edir


Bakıda Xəzərdə enerji təhlükəsizliyində NATO-nun rolu mövzusunda beynəlxalq konfrans keçirilib
Bakıda Xəzərdə enerji təhlükəsizliyində NATO-nun rolu mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda Xəzərdə enerji təhlükəsizliyi və enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu mövzusunda beynəlxalq konfrans keçirilib

Enerji təhlükəsizliyi məsələləri müasir mərhələdə NATO siyasətinin prioritetinə, Azərbaycan isə bu sahədə Alyansın mühüm tərəfdaşlarından birinə çevrilir. “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusunda beynəlxalq konfransın leytmotivi belə olub.

Tədbiri Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi (SİİM), NATO və Alyansın Azərbaycandakı fəaliyyətini koordinasiya edən Rumıniya səfirliyi təşkil edib.

SİİM rəhbəri Vüqar Bayramov qeyd edib ki, NATO-nun Çikaqo sammitində enerji təhlükəsizliyi məsələləri Alyansın prioritet vəzifələr gündəliyinə daxil edilib. Enerji təhlükəsizliyi yalnız Alyans ölkələrinin enerji tələbatının təminatını nəzərdə tutmur, həm də enerji resurslarının təhlükəsiz çatdırılmasını nəzərdə tutur.

Prezident Administrasiyasının şöbə müdirinin müavini Tahir Süleymanov qeyd edib ki, Azərbaycanda enerji infrastrukturuna müxtəlif tərəflərdən ciddi təhlükələr var. Əsas təhlükə Azərbaycan ərazilərini işğal edən Ermənistandan gəlir. Erməni tərəfi bununla bağlı dəfələrlə hədə-qorxu gəlib, Qərb istiqamətində Azərbaycanın enerji-nəqliyyat infrastrukturuna qarşı təxribatlara cəhd edib.

“Odur ki, NATO enerji infrastrukturunun təhlükəsizliyinin təminatında və bu hədələri aradan qaldırmaq üçün Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmalıdır”, - o vurğulayıb.

Konfransa video-körpü ilə qoşulan Azərbaycanın NATO yanındakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində tərəflərin əməkdaşlığı ölkənin Avroatlantik inteqrasiyasının elementlərindən biridir.

O həmçinin bildirib ki, Azərbaycan NATO-nun 8 tərəfdaş ölkəsi sırasına daxil edilib. Onlar Əfqanıstan üzrə layihələrdə iştirak edəcəklər.

NATO-nun Qafqaz üzrə məsul nümayəndəsi Uilyam Lahu deyib ki, Xəzər regionunda infrastrukturun təhlükəsizliyinin təminatı NATO üzvlərinin və tərəfdaşlarının marağındadır. Alyans stabil enerji daşınmaları üçün enerji infrastrukturunun qorunmasında öz müttəfiqlərinə və tərəfdaşlarına yardım göstərməkdə maraqlıdır.

O qeyd edib ki, NATO-nun ayrı-ayrı üzvlərinin Azərbaycanla əməkdaşlığı bu istiqamətdədir və ikitərəfli əsaslarladır. Əsasən ABŞ Azərbaycanla dəniz platformalarının təhlükələrdən qorunması məsələsində əməkdaşlıq edir.

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov ümidvar olduğunu bildirib ki, NATO Azərbaycanın təhlükəsizliyinin təminatına, əsasən erməni təcavüzünün aradan qaldırılmasına öz töhfəsini verəcək.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov qeyd edib ki, Norveç, Rusiya və Şimali Afrika ilə yanaşı Xəzər regionu da Avropaya mühüm enerji resursları mənbəyinə çevrilir.

Azərbaycan Türkiyə ilə Transanadolu sazişini imzalamaqla Avropaya qaz nəqli üzrə qaz-nəqliyyat infrastrukturunun yaradılmasında ilk addımı atıb. Sonra qaz Avropa bazarına hansı istiqamətdə gedəcək: Transadriatik boru kəməri və ya NabuccoWest ilə. Bu, qarşıdakı 6-12 ay ərzində həll olunacaq.

Litva Xarici İşlər Nazirliyi yanında Enerji Siyasəti Mərkəzinin rəhbəri Arunas Molis bildirib ki, NATO-nun enerji təhlükəsizliyi sahəsində siyasəti üç əsas komponentdən ibarətdir: infrastrukturun qorunması, enerji effektivliyinin artırılması, tərəfdaşlara yardım proqramlarının həyata keçirilməsi.

Konfrans zamanı enerji təhlükəsizliyi və infrastruktur sahəsində bir sıra yerli və beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG