Accessibility links

Xam neftin qiyməti qalxıb


Neft Hasil Edən Ölkələr Təşkilatı istehsalı azaltmaq barədə razılıq əldə etdiyi barədə məlumat yayıldqdan sonra xam neftin qiyməti qalxıb.

Adı açıqlanmayan mənbələrə istinad deyilir ki, OPEC neft istehsalının həcmini 33 milyon barreldən 32.5 milyon barrelə endirəcək.

OPEC dünya neft istehsalının üçdə birini təşkil edir.

Bir zamanlar neftin 1 barreli 100 dollardan yuxarı idi. Lakin 2014-cü ildə ABŞ neft istehsalını artırdıqdan sonra neftin qiyməti kəskin enməyə başlayıb.

Əvvəllər neftin qiyməti düşdükdə OPEC-in əsas üzvü olan Səudiyyə Ərəbistanı istehsalı azaldırdı.

Lakin bu dəfə bu ölkə digər üzvlərin eyni ilə istehsalı azaltmadığı təqdirdə istehsalı azaltmayacağını bildirib.

Bəzi analitiklər ehtimal edir ki, Səudiyyə Ərəbistanı neftin qiymətini azaltmaqla nisbətən baha olan ABŞ xam neft istehsalçılarını biznesdən çıxarmaq istəyir.

Lakin ABŞ neft istehsalçıları bir çox mütəxəssislərin gözləntilərindən daha möhkəm olduqlarını nümayiş etdirib.

XS
SM
MD
LG