Accessibility links

Neft qiymətlərinin düşməsi alternativ yollar tələb edir [Video]


OPEC-ə üzv ölkələrin bu yaxınlarda neft hasilatının məhdudlaşdırılmasına dair əldə etdiyi razılıq neft qiymətlərinin artmasına yol açıb. Razılıq iki il əvvəl qiymətlərin düməsi ilə neft istehsal edən ölkələr və şirkətlərə dəyən ziyanın aradan qaldırılmasına xidmət edir. Ekspertlərin fikrincə, dünyanın böyük iqtisadiyyatları neftin qiymətindən asılı olmayaraq, alternativ yollar axtarmalıdır.

ABŞ-da son illər mürəkkəb qazma texnologiyası neft hasilatına təkan verib.

Eyni zamanda Çinin iqtisadi artımının büdrəməsi, elektrik və hibrit avtomobillərin istehsalı və yanacağın digər alternativləri neftə tələbatı azaldıb.

Əvvəllər dünyada neftə tələbatın üçdə birini qarşılayan OPEC neft hasilatını məhdudlaşdırırdı. Ehtiyat və tələbat balansının yaxınlaşdırılması ilə neft qiymətləri artırılırdı.

SAFE-Amerikanın gələcək energetika müdafiəsi təşkilatından ekspert Robbi Daymond market manipulyasiyalarının azad bazara ziyan vurduğunu və Qərb bizneslərini çıxılmaz vəziyyətə saldığını deyir.

“Nə qədər ki, nəqliyyat yanacaqdan asılı olacaq, neftə tələbatdan asılılıq qalacaq. Bunun üçün qlobal neft bazarı azad olmalıdır.”

Daymond deyir ki, neftdən istifadənin yarıya endirilməsi Amerikanın təhlükəsizliyi və firavanlığına yardım edər.

“Müasir dövrdə yaşanan hər bir böhran neft qiymətlərinin artımı, qlobal tədbirlər və geo-siyasət, müharibələrdən qaynaqlanır. Neft də bunların əsas faktorudur. ”

Digər bir ekspert Panmur Qordon şitkətindən iqtisadçı Simon Frenç neftə tələbatın azalacağını düşünür.

"Texnoloji inkişafların sürətləndirilməsini, ABŞ, Çin və Avropada yenilənə bilən enerji resurslarına qoyulan investisiyanı nəzərə alsaq, onda hesablama budur ki, nə qədər ki, gəlir axını təmin olunub, nefti bacardıqca sürətlə hasil etmək lazımdır."

Uilson King Investment Managementdən Riçard Hanteri belə bir sual maraqlndırır. Görəsən OPEC üzvlərini hasilatın ixtisarına məcbur edə bilərmi?.

"Burada skeptisizm elementləri mövcuddur. Əvvəllər baş verən hadisələrə əsasən ixtisar ediləcəkmi? Əlbəttə, Rusiya kimi OPEC-ə üzv olmayan ölkələr bu səylərə qoşulacaqmı?"

Neft qiymətlərini artıracaq bir razılıq əldə edilməsi OPEC üzvlərinin gərgin müzakirələrini tələb edə bilər.

XS
SM
MD
LG