Accessibility links

Neftin qiyməti Avropada davam edən iqtisadi böhranla bağlı narahatlıqlar və dünya boyu inkişafın ləngiməsi fonunda ötən həftə ilə müqayisədə bir qədər də düşüb. İstehlakının azalması və ehtiyatların artmasına nəzər salan bəzi enerji ekspertləri neftin qiymətinin daha da enəcəyinə inanır.

Amerikalı istehlakçılar benzinin qiymətinin azalmasından razı ola bilərlər. Lakin bu qlobal iqtisadiyyatın bərpası prosesinə təsir etmir. Amerika Neft İnstitutunda baş iqtisadi məsləhətçi Rayola Dafer bunun tələbatın azalacağı ilə bağlı gözləntilərə gətirib çıxaracağını deyib.

Rayola Dafer: “Avropa iqtisadi cəhətdən hələ də zəifdir. ABŞ-da və Çin kimi iqtisadiyyatı durmadan inkişaf edən başqa ölkələrdə iqtisadi artımla bağlı narahatlıqların olduğu bir vaxt bu, çoxlarının gözlədiyi kimi tez baş verməyə bilər.”

Bütün dünyada iqtisadiyyatın ləng inkişafı istehlakın azalması deməkdir. İqtiasdiyyatı neft gəlirlərindən asılı olan ölkələrdə bir barel neftin qiymətinin hər dəfə bir dollar enməsi gəlirlərdə milyardlarla itki deməkdir. Ekspertlərin çoxu bir barel neft üçün əsas götürdükləri 84 dolların mənfəətli olduğunu desə də, bəziləri qiymətin daha da enəcəyinə inanır. Yahoo Finance saytının redaktoru Mett Nesto onlardan biridir.

Mett Nesto: “Biz təxminən 70-80 dollar arasında bir rəqəmin olacağını ehtimal edirik. Amma qimət bundan da aşağı düşə bilər. Bu, iqtisadiyyatla bağlı narahatlıqlara görə olur.”

Qiymətin düşməsinə səbəb olan başqa faktorlardan biri də avro və dollar arasında nisbətlə bağlıdır. Neft ABŞ dolları ilə hesablandığından dollar gücləndikcə, neftin qiyməti aşağı enir. Lakin Dafer başqa faktorların da olduğunu deyir.

Rayola Dafer: “O qədər qeyri-müəyyənlik var ki, biz qasırğa mövsümü nə ola biləcəyini bilmirik. İran ona qarşı tətbiq edilən sanksiyalara necə reaksiya göstərəcək və bütün bunların bazara təsirləri nə olacaq?”

Təchizatla bağlı qeyri-müəyyənlik Kanadadan ABŞ-ın neft emalı zavodlarına milyonlarla barel xam neft çatdıracaq 13 milyard dollarlıq kəmər layihəsinin həyata keçirilməsi üçün səylərin gücləndirilməsinin başlıca səbəblərindən biridir.Dafer Kanadadan çəkilən neft kəmərinin yeni iş yerlərinin yaradılması ilə yanaşı, ölkənin Yaxın Şərq neftindən asılılığının azaldılması və neftin qiymətinin sabitləşdirilməsinə kömək edəcəyini deyir.

Rayon Dafer: “Ona görə ki, biz etibarlı ölkələrdən daha çox neft nəql edə biləcəyik. Bu isə uzun müddətdə hər yerdə qiymətlərə təsir edəcək. Siyasi baxımdan sabit ölkələrdən nə qədər çox neft gətirsək, dünya bazarı üçün bir o qədər yaxşı olacaq.”

Lakin bəziliəri layihənin ətraf-mühitə vurduğu zərərin onun xeyrindən çox olacağını düşünür. Ətraf-mühiti müdafiə qrupları neft-qazma işləri əvəzinə, alternativ enerji mənbələrinin inkilaf etdirilməsini tələb edir. Lakin tənqidçilər bunun qızğın mübarizənin getdiyi seçki ilində baş verəcəyini düşünmür.

Bununla yanaşı, istehlak vərdişləri də dəyişir. Ekspertlər Çin kimi iqtisadiyyatı durmadan inkişaf edən ölkələrdə neftə artan təlabatın tənzimlənə biləcəyi halda, qərbdə tələbatın azalmasının ixracatın azalmasına, bunun da öz növbəsində Asiyada sənaye istehsalının ixtisarına gətirib çıxara biləcəyini deyir.

Təlabatın azalacağı ehtimalına baxmayaraq, enerji göstəricilərinə əsasən dünyada ötən ildən fərqli olaraq bu il hələ də gündə bir milyondan çox barel neft istehlak edilir.

XS
SM
MD
LG