Accessibility links

Nepalın Katmandu bölgəsində 6.7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Ölənlərin sayı 2200-dən artıqdır. Tikililər yerlə yeksan olub.

Dünən Rixter şkalası ilə 7.8 bal gücündə zəlzələ yerli vaxtla günorta saat 12 radələrində paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə baş verib.

Dünyanın ən yüksək zirvəsi Everestdə 17 alpinist həlak olub, bir neçə nəfər yaralanıb.

Qonşu ölkələrə də təsir göstərən zəlzələ Hindistanda 34 adamın həyatına son qoyub.

Banqladeş, Butan və Çin-Nepal sərhədləri regionunda tələfat qeydə alınıb.

Şənbə günü baş verən zəlzələ Nepalda son 81 ildə ən güclü zəlzələ olub. 1934-cü ildə o ölkədə zəlzələ 10 min insan hıəyatına son qoyub.

ABŞ və digər ölkələrin yardım və axtarış dəstələri səfərbər edilib. Amerika fəlakətdən sonra yardım məqsədi ilə 1 milyon dollar məbləğində vəsait ayırıb.

Hindistan 3 tonluq yardım və 40 nəfərlik qüvvəsini Nepala göndərib.

Çin, Almaniya və İsrail Nepala kömək göndərən ölkələr arasındadır.

XS
SM
MD
LG