Accessibility links

Nərmin Kamilsoy: "Ölkəmin dünyada siyasi məhbuslarla tanınmasını istəməzdim" [Audio]


Həbsdə olan vəkil, Saxarov mükafatı laureatı İntiqam Əliyevin qızı atasının son durumu haqda danışır


Amerikanın Səsi: Norveç insan hüquqları fondunun İntiqam Əliyevi Saxarov mükafatına layiq görməsini necə qarşıladınız? Belə ki, təqdimat mərasimində siz iştirak edibsiniz.

Nərmin Kamilsoy: Bu, tamamilə müsbət bir addım idi. Atam insan haqlari sahəsində böyük işlər görüb. Saxarov mükafatını atamın fəaliyyetinə verilən dəyər kimi qiymətləndirirəm. Mükafat mərasimində atamın adından istirak etdim ve mükafatı aldım. Mərasimdə siyasi məhbus ailələri, yaxınları, yerli və xarici qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəciləri istirak edirdi. Azerbaycanda hüquq müdafiəçilərinin, hüquqsünasların, jurnalistlərin, blogerlərin, aktivistlərin təqib olunduğu, repressiyalara məruz qaldığı və həbs olunduğu bir zamanda Norvec Helsinki Komitəsinin bu mükafatları Azərbaycandakı siyasi məhbuslara verməsi həm də dunyanın diqqətini Azərbaycana yönəltdi.

İntiqam Əliyev

İntiqam Əliyev

Norveç Helsinki Komitəsinə Azərbaycandakı insan haqları müdafiəsi sahəsində calışanlara yönəltdiyi diqqətə və yüksək səviyyəli təşkilatçılığa görə ailəmiz adından təşəkkürümüzü bildiririk. Amma Azərbaycan yenicə müstəqilliyinə qovuşmus və yeni-yeni beynəlxalq arenada tanınmaga başlamıs bir dövlətdir. Mən ölkəmin dunyada siyasi məhbusları ilə tanınmasını istəməzdim. Atamın insan hüquqları sahəsindəki fədakar fəaliyyətinə görə beynəlxalq mükafat almasını istəyirdim, necə ki, o, kecən il Çexiyada “People in Need” təskilatının təsis etdiyi Homi-Homini, "ilin ən yaxsi hüquqsünası" mükafatına layiq görülmüsdü.

Amerikanın Səsi: Atanızın səhhəti necədir? Bəzi media orqanları İntiqam Əliyevin sağlıq durumunun kəskin ağırlaşdığını yazır. Sizdə bu haqda nə məlumat var?

Saxarov Azadlıq mükafatının təqdimatı (Foto Ülvi Həsənlinindir)

Saxarov Azadlıq mükafatının təqdimatı (Foto Ülvi Həsənlinindir)

Nərmin Kamilsoy: Atamın səhhətində ciddi problemlər var. Bu, həbsxanada yaranan problemlər deyil. Türkiyədəki hadisələrdən sonra yaranan problemlərdir. O, ambulator şəkildə müalicələr alırdı. Həbsxana şəraiti onun xəstəliklərinin irəliləməsinə səbəb olur. Atam xəstəlikləri ilə vəziyyətinin ictimailəşdirilməsini və insanların ona görə narahat olmasını istəmir. Bizə də bu barədə qanışmağı qadağan edib. Son xəbərlər isə budur ki, Avropa Məhkəməsi Intiqam Əliyevə görə hökumətə sorğu göndərib və suallar ünvanlayıb. Dünən bu sorğunun cavablandırılması üçün son gün idi. Nəticələri gözləyirik.

Amerikanın Səsi: Onlarla ziyalı, hüquq müdafiəçisi atanızın həbsdən azad edilməsi ilə bağlı prezidentə müraciət edib. Cavab varmı?

Nərmin Kamilsoy: Bəli, bir qrup media nümayəndəsi, hüquqsünaslar, ictimai fəallar atamın səhhəti ilə bağlı onun haqqında cıxarılmış həbs qətimkan tədbirinin digər qətimkan tədbirləri ilə əvəzlənməsi üçün prezidentə müraciət edib.Vətəndaş cəmiyyətinin səylərini cox yüksək qiymətləndirir, amma cavab gözləmirəm.

XS
SM
MD
LG