Accessibility links

Nyu-York şəhərinin zibili hara gedir? [Video]


Planetimizdə əhalinin sayı artdıqca, onların istehsal etdiyi tullantılar da artır. Bəs bu tullantılar hara gedir? Sən demə Nyu-York şəhərində zibil bəzən faydalı da ola bilir.

Nyu-York şəhərinin əhalisi təxminən 8.5 milyona yaxınıdr və hər gün hər bir insan bir qalaq zilbil atır. Bu qədər zibil hara gedir? Bu qədər zibil son texnologiyadan istifadə edilən, Bruklində yerləşən “Sims” adlı bələdiyyə tullantıları obyektinə daşınır. Hər ay bu obyektdə 20 min tona qədər metal, plastic və şüşə tullantılar emal edilir.

Buna görə də şəhər sakinləri butulka və şüşə, metal və plastic qablaşmaları digər zibildən ayrı toplayırlar. Bundan sonra isə şəhərin zibil toplama xidmətləri bu tullantıları emal edilmə obyektinə aparır. Lakin nyu-yorkluların cəmi 20 faizi qablamaları ayrı yığır. “Sims”in baş meneceri Tom Oterbric deyir ki. buna səbəb şəhərdə müxtəlif mədəniyyətlərdən insanların və dövriyyənin yüksək olmasıdır. “Qəsəbə evlərində olduğundan fərqli olaraq, mənzil binalarında zibilin ayrılması çətinliklər yaradır. Amma şəhər bunun öhdəsindən yaxşı gəlir.”

“Sims”in digər işçisi İdain Kuin: “Ballistik ayırıcılarin daxilində hərəkət edən panellər var. Bunlardan biri kağız və plastic qablamalar kimi tullantıları, digəri isə butılka və bankaları daşıyır”

Ən müasir texnologiyalı, təxminən 100 min dollar qiyməti olan optic skannerlər işin bir hissəsini görür. Bu xüsusi proqramlaşdırılmış maşın plastic su qabları ilə süd butulkalarını bir-birindən ayıra bilir.

Daha sonra ayrılmış tullantılar emal olunmaq üçün son məntəqəyə göndərilir. Hərəsi yarım tondan çox olan bu avadanlıqlar plastic və metal tullantıları əzir, Bundan sonra isə “Sims” materiallardan yeni qablamalar hazırlanması üçün zavodlara satır.

“Sims” eləcə də, ətraf mühitin təmizlənməsi sahəsində də nümunədir. Onun damında və sağ girişində günəşdən enerji alan turbinlər var. Bunlar zavodu işləməsi üçün enerjinin 20 faizi ilə təmin edir.

XS
SM
MD
LG