Accessibility links

New York Times Klinton və Kasiçə dəstək bildirib


Demokrat Hillari Klinton və respiublilkaçı Con Kasiç

Demokrat Hillari Klinton və respiublilkaçı Con Kasiç

Nüfuzlu New York Times qəzeti 2016-cı il Demokrat partiyasından prezidentliyə nominasiya üçün keçmiş dövlət katibi Hillari Klintona və Ohayo ştatının qubernatoru Con Kasiçi isə Respublikaçılar partiyasından nominasiyasına dəstək verib.

Qəzetin müxbirləri və jurnalistlərinin mövqeyindən fərqli olan redaksiya heyəti Hillari Klintonu müasir dövrdə ən hərtərəfli və yüksə kvalifikasiyaya malik namizədlərən biri adlandırıb. Demokrat parityasından nominasiya alıb seçkilərdə qələbə çalsa, Hillari Klinton bir ildən artıq vaxtdan sonra hakimiyyətdən gedəcək prezident Barak Obamanı əvəz edərək Amerikanın ilk qadın prezidenti ola bilər.

New York Times yazıb ki, "xanım Klinton iqlim dəyişikliyi kimi olduqca mühüm məsələlərdə Konqreslə çətin danışıqlar aparmaq üçün ona kömək edə biləcək polad iradəyə malikdir. Bu həm də onla istər respublikaçılar tərəfindən bundan sonra daha çox hücumlara dözməyə kömək edə bilər və əgər o, Ağ Ev uğrunda mübarizədə qələbə çalsa, prezident Obamanın qarşılaşdığı eyni ideoloji müxalifət vəşəxsi düşmənçiklə qarşılaşa bilər."

Demokrat partiyasından prezidentliyə namizədlərin debatı

Demokrat partiyasından prezidentliyə namizədlərin debatı

Qəzetin redaksiya heyəti qeyd edib ki, "Hillari Klinton Amerika üçün respublikaçı namizədlərin təqdim etdiyi baxışdan tamamilə fərqli baxışa malik olduğu üçün demokratlar üçün düzgün seçimdir. Bu baxış orta sinfin rifaha çatması, qaınların hüquqlarının genişləndiriməsi, sənədləri olmayan mühacirlərə legitimlik şansının verimləi, beynəlxalq alyansların gücləndirilməsi və ölkənin daha da təhlükəsiz olmasını əhatə edir."

Respublikaçılar partiyasından prezidentliyə namizədlərin yarışında irəldə gedən milyardçı Donald Tramp və Texas ştatından senator, mühafizəkar Ted Kruz qəzet tərəfindən qeyri-münasib kimi qiymətləndirilib.

Respublikaçılar-Kasiç

Ölkə üzrə keçirilmiş rəy sorğuları Nyu York şəhərində uzun illərdir tikinti şləri aparan Donald Trampın Respublikaçı namizədlər arasında irəlidə getdiyini göstərir. Lakin New York Times Donald Trampın "milli təhlükəsizlik, müdafiə və ya qlobal ticarət sahəsində nə təcrübəsi olduğunu, nə də bunu öyrənmək istədiyini və prosesdə öz mövqeyini uydurduğunu" yazıb.

Qəzetin bildirdiyinə görə ilk dəfə senator seçilən Ted Kruzun kampaniyasının "konstitusiya prinsipləri ilə heç əlaqəsi yoxdur. Senatda üç il ərzində o, hökumətin müvəqqəti bağlanmasında iştirak edib və özünü demək olar bütün Konqresdə təcrid edib."

Respublikaçı namizədlərin debatı

Respublikaçı namizədlərin debatı

New York Times-ın redaktorlar heyətinin qeyd edib ki, Respublikaçılar partiyasından namizədlər arasında Kasiçin seçilə bilmək imkanları az olsa da, "o, ekstremizmdən və bu seçki yarışlarında təcrübəsizlikdən bezmiş respublikaçılar üçün yeganə uğurlu namizəddir." Qeyd edilir ki, seçkilərdə mühüm Ohayo ştatının qubernatoru olmazdan əvvəl iyirmi il Senatda olduğu müddətdə Kasiç "güzştə getmək qabiliyyətinə malik olduğunu və hökumətin insanların həyatını yaxşılaşdıra biləcəyinə inamı oldğunu nümayiş etdirə bilib."

New York Times qəzetinin redaktorlar heyətinin namizədlərə dəstək bildirməsi Amerikada siyasi prosesdə uzun zamandır mövcud bir ənənədir. Bəzi hallarda bu məqalələr səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilərin qərar verməsinə kömək edib. Lakin ABŞ seçiciləri hazırda o qədər müxtəlif mənbədən informasiya alır ki, redaktorlar heyətinin dəstəyi əvvəlki qədər əhəmiyyəti rol oynamır.

Rəy sorğuları göstərir ki, ABŞ seçiciləri çox zaman televiziyada onların mövqeyinə uyğun xəbər proqramlara baxmağa üstünlük verir.

XS
SM
MD
LG