Accessibility links

NİDA fəallarının valideynləri aclığı dayandırıb


NİDA fəallarının valideynləri
NİDA fəallarının valideynləri

Məhkəmənin hökmü ədalətsiz olarsa, aksiya bərpa edilə bilər

NİDA Vətəndaş Hərəkatının 8 təqsirləndirilən fəalının valideynləri aclıq aksiyasının 4-cü günündə aksiyanı dayandırıb. Bu, fəalların özlərinin valideynlərə çağırışından sonra baş verib. Əks halda onlar sudan da imtina edəcəklərini deyiblər.

Bu barədə Amerikanın Səsinə NİDA-nın idarə heyətinin üzvü Aygün Pəncəliyeva bildirib.

Gənclər aprelin 17-dən, - prokuror onların 6,5 - 8,5 il müddətinə həbs cəzalarına məhkum edilməsini tələb etdikdən, - sonra aclıq aksiyasına başlayıblar.

Aprelin 20-dən 3 təqsirləndirilən şəxsin - Zaur Qurbanlının, Rəşadət Axundovun və Şahin Novruzlunun anaları aclığa başlayıb.

Zaur Qurbanlının anası Səkinə Qurbanova bu gün bildirib ki, aclıq hökm elan edilənə qədər dayandırılır. Məhkəmənin hökmü ədalətsiz olarsa, aksiya bərpa edilə bilər.

Gənclər əsgər ölümlərinə qarşı 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunur. Bütün həbs edilənlər Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG