Accessibility links

Tibb üzrə 2013 Nobel mükafatına iki amerikalı və bir alman alim layiq görülüb


Tibb üzrə 2013 Nobel mükafatına iki amerikalı və Amerikada çalışan bir alman alim layiq görülüb. Ceyms Rotman, Randi Şekman və Tomas Sudhof hüceyrələrin nəqliyyat sisteminə dair birgə araşdırmalarına görə bu yüksək adı qazanıb.

Rotman Yeyl Universitetinin Hüceyrə Biologiyası Kafedrasının müdiridir. Şekman Kaliforniyanın Berkli Universitetiniin Molekul və Hüceyrə Biologiyası Kafedrasının professoru, Sudhof isə Hovard Huqsun araşdırıcı alimi, Stanford universitetinin professorudur.

Elm, ədəbiyyat və sülh Nobel mükafatlarının təqdimatı dinamit ixtiraçısı və biznesmen Alfred Nobelin şərəfinə 1901-ci ildən başlayıb.
XS
SM
MD
LG