Accessibility links

İnternetdə bir qrup insanın Pakistan hərbi uniforması geymiş əsgərlər tərəfindən güllələndiyi göstərilib

Hərbi nazirlik videodakı silahlı şəxsin həqiqətəndə Pakistan əsgəri olub-olmadığını müəyyən etməyə çalışacaq

Pakistanın ordu rəhbəri pakistan hərbi uniforması geymiş adamların mülki paltar geymiş bir qrup gözübağlı məhbusu qətlə yetirdiyini internetdə nümayiş etdirən videonu araşdırmağı əmr edib. General Aşfaq Pərviz Kayani bu gün bəyan edib ki, hərbi nazirlik videodakı silahlı şəxsin həqiqətəndə Pakistan əsgəri olub-olmadığını müəyyən etməyə çalışacaq. O, əvvəllər yaraqlıların əsgər forması geyinmə hallarının olduğunun deyib. Hərbçilər ilkin olaraq videonun saxta olduğunu bildiriblər. Fasilələrlə beş dəqiqə yarım davam edən video pakistanlı əsgərlərin gözləri və qolları bağlı siraya düzülmüş altı nəfərə atəş açdığını nümayiş etdirir. Məhbuslar yerə yıxılandan sonra isə, əsgərlər yaxınlaşaraq insan topasına atəş açıblar. Videonu yayımlayan qrup görüntülərin Pakistan hərbçilərinin Taliban yaraqlılarına qarşı 2009-cu ildə Svat vadisində keçirdikləri əməliyyat zamanı çəkildiyini bildirir.

XS
SM
MD
LG