Accessibility links

İnternetdə əl-Qaidə lideri Üsama Bin Ladenin səsi olduğu düşünülən yeni audiokaset çıxıb


İnternetdə əl-Qaidə lideri Üsama Bin Ladenin səsi olduğu düşünülən yeni audiokaset çıxıb
İnternetdə əl-Qaidə lideri Üsama Bin Ladenin səsi olduğu düşünülən yeni audiokaset çıxıb

Pakistanda baş vermiş daşqın barədə 11 dəqiqəlik lent yazısında gələcəkdə təbii fəlakətlərin qarşısını almaq üçün yollardan danışılır

ABŞ-da yerləşən terrorizmin monitorinq qrupu bildirib ki, internetdə əl-Qaidə lideri Üsama Bin Ladenin səsi olduğu düşünülən yeni audiokaset çıxıb. Pakistanda baş vermiş daşqın barədə 11 dəqiqəlik lent yazısında daşqından zərər çəkmişlərə yardım səyləri və gələcəkdə təbii fəlakətlərin qarşısını almaq üçün yollardan danışılır. SİTE Kəşfiyyat Qrupu bildirib ki, ismarıc videoda və yardım paylama əməliyyatları üzərində Bin Ladenin şəkilləri ilə bərabər göstərilib. Yazıda Bin Laden müsəlmanlar yaşayan çaykənarı ərazilər və aşağı səviyyəli bölgələrlə bağlı araşdırmalar aparılması üçün yardım qrupu yaratmağa çağırıb. O, eyni zamanda kənd təsərrüfatı sahəsinə daha artıq investisiya qoyuluşuna səsləyib. Yazının orijinallığını təstiqləyən olmayıb. Pakistanda daşqınlar zamanı 1700-dən çox insan həlak olub. Yüz minlərlə insan isə evlərinədən didərgin düşüb.

XS
SM
MD
LG