Accessibility links

BMT-nin nüvə konfransında Çin və Rusiyanın nümayəndələri çıxış edir


Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə imza atmış 189 ölkənin nümayəndəsi hər beş ildən bir görüşərək sənədin şərtlərinin yerinə yetirilməsi və gücləndirilməsini müzakirə edir

Bu gün BMT-də Nüvə Silahlarının Yayılmamasına dair konfransda nüvə qüdrətinə malik Çin və Rusiyanın nümayəndələri iştirakçılar qarşısında çıxış edir.

Birləşmiş Ştatlar hər iki ölkə ilə İrana qarşı uran zənginləşdirilməsini dayandırması üçün yeni sanksiyaların tətbiqinə dair danışıqlar aparır.

Bu arada, İran prezidenti Mahmud Əhmədinejad bu gün BMT-də planlaşdırdığı mətbuat konfnrasını təxirə salıb. Bunun yerinə o, Nyu Yorkda qaldığı mehmanxanada yalnız dəvət olunmuş mətbuat üzvlərilə görüşür.

İran bu gün habelə ABŞ-ın ölkənin nüvə arsenalının həcmi ilə bağlı açıqladığı informasiyanın müstəqilə şəkildə təsdiq edilməsinə çağırıb. Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də ABŞ-ın beş mindən artıq nüvə başlığı olan arsenalına bəraət qazandırıla biləcəyilə bağlı sual qaldırıb.

XS
SM
MD
LG