Accessibility links

Daxili Işlər Nazirliyinin daha bir "nurçu" əməliyyatı


Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

Saxlanılan şəxslər izahat verdikdən sonra buraxılıblar

Aprelin 11-də “Nurçu” dini təriqətinin 60 üzvü Göyçay rayonunda toplantı keçirib.

Toplantıda Göyçay, Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayonlarının sakinləri, həmçinin Türkiyə vətəndaşları iştirak ediblər.

Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Göyçay Rayon Polis İdarəsi apardığı axtarış zamanı toplantının keçirildiyi evin sahibindən “Nurçu” dini təriqətinə aid və yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 optik nişangah, avtomat patronunun başlığı
və digər əşyalar götürülüb.

Bundan əlavə, aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd “Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər izahat verdikdən sonra buraxılıblar.
XS
SM
MD
LG