Accessibility links

Atom bombalarına nəzarət qrupu ABŞ-ı nüvə arsenalını ixtisara salmağa çağırıb

  • Amerikanın səsi

Atom bombalarına nəzarət qrupu Birləşmiş Ştatları nüvə silahlarının sayını ciddi şəkildə azaltmağa çağırıb. "Global Zero" adlı qrupun xüsusi komissiyası açıqladığı hesabatda ABŞ-ın hal-hazırkı arsenalını 900 döyüşbaşlıqlı bombaya endirməyə çağırıb.

Hal-hazırda ABŞ 5000 döyüşbaşlıqlı nüvə silahına malikdir. Hesabatda bütün quruda yerləşən qitələrarası nüvə raketlərinin ləğv etdilməsinə çağırılır. Komissiya bu raketlərin sualtı qayıq və ya təyyarələrdə quraşdırılmasına üstünlük verdiyini bildirib. Komissiya Amerikanın hal-hazırkı nüvə strategiyasının Soyuq Müharibə erasından qaldığını və 21-ci əsrin təhülükələri ilə ayaqlaşmadığını deyib.

Komissiyanın sədri baş qərargahlar idarəsinin sabiq vitse-prezidenti, istefada olan ABŞ generalı Ceyms Kartraytdır. Komissiya nüvə silahının azaldılmasının növbəti on il ərzində böyük büdcə ixtisarı ilə üzləşən Pentaqonun 100 milyard dollara qədər qənaət edə biləcəyini deyib.

XS
SM
MD
LG