Accessibility links

Samanta Pover: ABŞ Şimali Koreyanın nüvə silahı təhlükəsinin qarşısını almaq üçün hər şey edəcək [Video]


ABŞ-ın BMT-dəki səfiri Samanta Pover Şimali Koreyanın nüvə proqramı ilə bağlı artan narahatlıqlara görə Cənubi Koreyaya səfər edib.

Səfir Samanta Pover Hərbidən Azad Olunmuş Ərazinin Cənubi Koreya hissəsini ziyarət edib və iki Koreyanı ayıran bölgədə olub. Onun səfəri təhlilçilərin peykdən əldə olunmuş şəkillərə əsasən Pxenyanın qitələrarası nüvə silahını sınaqdan keçirməyi ehtimal etdiyindən sonraya təsadüf edir.

Pover mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Pxenyandakı rejimi dünyadan təcrid etmək üçün hər şey edəcək.

Samanta Pover: “Təhlükəyə cavab olaraq əlimizdə olan hər vasitədən istifadə etməyi qərarlaşdırmışıq. Bunlara dünyada apardığımız diplomatik təziqlərlə digər ölkələri rejimi təcrid etməyə sövq etmək də daxildir.”

Pover Cənubi Koreyanın baş naziri Hvanq Kyo-ahn ilə görüşərək Şimali Koreyanın nüvə proqramını müzakirə ediblər. O, hər iki ölkə arasında sıx əlaqələrin olmasını vurğulayıb.

Samanta Pover: “Birləşmiş Ştatların coğrafi olaraq sizlə müqayisədə uzaq olmasına baxmayaraq,biz sizə qarşı təhdidi ciddi qarsılayırıq. Biz başa düşürük ki, bu sadəcə ABŞ və Koreya Respublikasına edilmiş təhdid deyil, bu bizim beynəlxalq əlaqələrimizə edilən təhdiddir.”

ABŞ və Cənubi Koreya hökumətləri Şimali Koreyaya qarşı ciddi addımlar atmağa səsləyib. Yayılan məlumatlarda deyilir ki, onlar Şimali Koreyanın insanları rejim üçün pul qazanmaq məqsədiylə xaricə işləməyə göndərməsinin qarşısını almaq üçün təzyiq göstərməyə çalışırlar.

Hər iki ölkə BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı ağır sanksiyalar tətbiq etməyə çağırıb.

XS
SM
MD
LG