Accessibility links

Nyu-Yorkda terror hücumlarında şübhələnilən iki nəfər həbs edilib


A
A

Nyu-York şəhəri rəsmiləri sinaqoqa terror hücumu etmək üçün odlu silah və əl qumbaraları almaqda ittiham edilən Afrikada anadan olmuş iki nəfərin həbs edildyini bildirir. Onlardan birinin 26 yaşı əlcəzairli, digərinin isə Mərakeşdə anadan olmuş 20 yaşlı amerikalı olduğu bildirilir. Çümə axşamı onlara qarşı terrorizm və silah saxlamaq ittihamları irəli sürüldü.

Bu ittihamlarla onlar ömürlük həbs cəzasına məhkum edilə bilər. Nyu-York şəhərinin meri Maykl Blumberg həmin şəxslərin çərşənbə gecəsi mülki geyimli polis zabitindən silah alarkən nəzarət altına alındıqlarını deyib.

XS
SM
MD
LG