Accessibility links

Nyu York şəhərində bomba hücumu həyata keçirmək cəhdində ittiham edilən şəxs məhkəmə qarşısına çıxarılır


Feysəl Şahzad

Feysəl Şahzad

Feysəl Şahzada qarşı kütləvi qırğın silahlarından istifadə və terrorçu hücumları ittihamları irəli sürülür

Keçən ay Nyu York şəhərinin Times meydanında maşına yerləşdirilmiş bomba hücumu həyata keçirmək cəhdində ittiham edilən Pakistan mənşəli Feysəl Şahzad bu gün məhkəmə qarşısına çıxarılır. Nyu York şəhərinin məhkəməsindəki dinləmədə Feysəl Şahzada qarşı silah gəzdirmə və terrorçuluqla bağlı 10 müxtəlif ittiham irəli sürülür. Buraya kütləvi qırğın silahlarından istifadə və bir neçə terrorçu hücumları daxildir. Bu ittihamlarla məhkum olunarsa, Feysəl Şahzad ömürlük həbs cəzası ilə üzləşir.

Pakistanda anadan olmuş 30 yaşlı Şahzadın partlayıcı qurğulardan istifadə etməyi öyrənmək üçün Pakistannın qərbindəki Vəziristan regionunda Təhreki-Taliban qrupunda təlimlər keçdiyi və terror məqsədilə onlardan maliyyə vəsaiti aldığı iddia olunur.

XS
SM
MD
LG