Accessibility links

Nyu-Yorkda bomba partlayışının qarşısı alınıb


New York Times qəzeti bidirir ki, içərisində bomba yerləşdirilmiş yaşıl rəngli Nissan Patfaynder avtomobili dünən gecə aşkar edilən zaman bomba artıq işə düşmüş, lakin partlamamışdır

Nyu-York şəhərinin rəsmiləri bildirirlər ki, Times Square meydanında bomba partlayışı təhlükəsi aradan qaldırıldıqdan sonra şəhərin əyləncə rayonunda avtomobillərin və piyadaların hərəkəti bərpa edilib.

Polis partlayıcı maddə daşıyan avtomobili bu gün zərərsizləşdirə bilib. Nyu-York meri Maykl Blumberq deyir ki, baş verəcək partlayış faciəyə və çoxsaylı itkilərə yol aça bilərdi. Nyu-York Polis Departamentinin baş sözçüsünə istinad edən New York Times qəzeti bidirir ki, içərisində bomba yerləşdirilmiş yaşıl rəngli Nissan Patfaynder avtomobili dünən gecə aşkar edilən zaman bomba artıq işə düşmüş, lakin partlamamışdır. Avtomobili yoxlamaq üçün bomba ekspertlərindən ibarət qrup göndərilib.

Mer Blumberq deyir ki, maşının içərisində propan qaz balonları, benzin və saat mexanizmi olub. O bildirib ki, rəsmilər bomba hücumu cəhdinin arxasında kimin dayandığını bilmir, ancaq Federal Təhqiqat Bürosu və digər agentliklər hadisəni araşdırır.

ABŞ prezidenti Barak Obama Nyu-York şəhər Polis Departamentini çevik davranışa görə alqışlayıb. Nyu-York qubernatoru Deyvid Paterson isə hadisəni terror aktı kimi tanıyan bəyanat açıqlayıb.

Terrorçu qruplarını araşdıran İntelCenter şirkəti hücumun cihadçı qrup və ya yerli təşkilatlar yaxud da hər hansı şəxs tərəfindən təşkil edildiyini müəyyənləşdirməyin hələ tez olduğunu bildirib.

XS
SM
MD
LG