Accessibility links

ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşar Əl-Əsədin xalqına qarşı kimyəvi silahlardan istifadə etdiyi təqdirdə, o ölkə ilə bağlı ölçülərin nəzərdən keçiriləcəyini deyib.

Bu gün hakimiyyətinin ikinci dönəminin 100-cü günü münasibəti ilə təşkil etdiyi mətbuat konfransında ABŞ dövlət başçısı bildirib ki, kimyəvi silahlar oyunun şərtlərini dəyişə bilər.

Ağ Evdə danışan prezident Pentaqon, ABŞ ordusu və kəşfiyyat orqanlarına onu məlumatlandıqdıqlarına görə təşəkkürünü bildirib. Lakin o, təfərrüata varmayıb. Barak Obama Suriya münaqişəsinin həlində artıq yaxından iştirak etdiyini deyib.

Böyük təəssüf hissi ilə Boston hücumlarından danışan prezident Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.O, Rusiya prezidentinin təkcə Boston hadisəsi ilə deyil, əks-terror fəaliyyətlərinin hamısında əməkdaşlıq edəcəyinə vəd verdiyini deyib.

Cənab Obama Quantanamo məhbəsinin başlanmalı oldğunu vurğulayıb. O, Amerikanın təhlükəsizliyi üçün bu həbsxanaya ehtiyac olmadığını, onun ABŞ-ın beynəlxalq mövqeyinə zidd və ekstremistlər üçün cazibə əlati olduğunu deyib.

ABŞ dövlət başçısı Quantanamoda aclıq keçiriən məhbuslar haqda nə düşündüyü barədə sualın cavabında bildirib ki, mən onların ölməsini istəmirəm.
XS
SM
MD
LG