Accessibility links

Obama administrasiyası tələbələrin təhsil almaları üçün maliyyə yardımı planı hazırlayıb


Obama administrasiyası tələbələrin təhsil almaları üçün maliyyə yardımı planı hazırlayıb
Obama administrasiyası tələbələrin təhsil almaları üçün maliyyə yardımı planı hazırlayıb

Administrasiya kollec tələbələri və məktəbi yeni bitirənlərin təhsillərini davam etmələri üçün 1 milyon yardım ayırıb

Qiymətlərin getdikcə artdığı bir vaxt Obama administrasiyası kollec tələbələri və məktəbi yeni bitirənlərin təhsillərini davam etmələri üçün 1 milyon yardım ayırıb.

Hərbi Dəniz Qüvvələrində əsgərliyini bitirən Reson Çandler təhsilini davam etdirmək istəyirdi, lakin bunun üçün onun maddi imkanı yox idi. 46 min tələbədən demək olar ki, yarısının etdiyi kimi o da yardım üçün Virciniya ştatındakı Taydvoter kollecinə müraciət etdi. “Mənim 26 yaşım var və bu o deməkdir ki, mənim məktəbi təzə bitirən 18 yaşlarındakı tələbədən daha çox təcrübəm var.”-deyə, o bildirir.

Taydvoter kollecindən maliyyə yardımı almaq üçün hər bir tələbə cari iş yerini və gələcək maaşını təxmin etməlidir. Bu yolla kollec tələbənin borcun öhdəsindən gəlib-gələ bilməyəcəyini müəyyən edir.

Reson Çandler: “Mənim başlanğıc gəlirim ildə 36 mindən 40 min dollar təşkil edir ki, bu da mənə borcu nə qədər qaytaracağımı müəyyən edir. Mən ayda 136 dollar qaytarmalıyam.”

Kollecin prezidenti Debra Dikros bunun əlverişli plan olduğunu deyir: “Siz borc pul götürüb ev ala bilərsiniz və siz gələn aydan başlayaraq həmin pulu qaytarmalısınız. Eləcə də maşın alanda. Lakin burada məsələ bir az başqa cürdür. Biz tələbəyə vaxt veririk, lakin bu pulsuz deyil və siz bundan necə istifadə etmənizi bilməlisiniz.”

Dikros Taydvoterin tələbələrə büdcə planı və maliyyə yardımını ölkədə artmaqda davam edən iqtisadi böhrana görə verdiyini deyir. İqtisadiyyat tənəzzülə uğradıqca Taydvoter kollecinin tələbələri artır, çünki bura nisbətən ucuz başa gələn kollecdir.

Keçən ay prezident Obama Amerika kollec tələbələrinin və məktəbi yeni bitirən məzunların borclarının azaldılması üçün yeni yardım planı açıqladı. Gələn ildən etibarən borcunu 20 il müddətində, gəlirindən 10 faiz çıxmaqla “Qazananda ödəyərsən” planı həyata keçirilməyə başlayacaq.

XS
SM
MD
LG