Accessibility links

Barak Obama Asiyaya səfər edir


ABŞ prezidenti Barak Obama bu gün Asiyaya səfərə başlayır.

Prezident Obama üçgünlük səfərlə Cambodca, Tailand və Birmada olacaq. Bu, cənab Obamanın ikinci dönəm prezident seçilməsindən sonra xaricə ilk səfəridir və səfər onun administrasiyasının regiona olan maraqlarını əks etdirir.

ABŞ dövlət başçısının bölgəyə səfərinin ən maraqlı məqamı onun sabiq hərbi hökumət tərəfindən idarə edilən Birmaya getməsi olacaq.


Birmada prezident o ölkənin dövlət başçısı Thein Sein, siyasi fəal, Nobel Sülh mükafatı laureatı Aung San Suu Çi və digər rəsmilərlə görüşəcək.

Səfəri çərçivəsində Obama Kambodcada təşkil ediləcək ASEAN sammitinə qatılacaq.

Human Rights Watch kimi insan haqlarının müdafiəsi təşkilatları bildirir ki, Birmada islahatlar həyata keçirilməyənədək prezident oraya getməməlidir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG