Accessibility links

Obama Avstraliyanın İŞİD-ə qarşı mübarizədə töhfələrini yüksək qiymətləndirib


ABŞ prezidenti Barak Obama Ağ Evdə Avstraliyanın Baş naziri Malkolm Turnbulla görüşüb

ABŞ prezidenti Barak Obama Ağ Evdə Avstraliyanın Baş naziri Malkolm Turnbulla görüşüb

ABŞ prezidenti Barak Obama Avstraliyanın İŞİD-ə qarşı mübarizədə effektiv tərəfdaş olmasına yüksək qiymət verib.

Obama Ağ Evdə Avstraliyanın Baş naziri Malkolm Turnbulla görüşdən öncə açıqlamalar verib. Trans Sakit okeanı tərəfdaşlığına dair müqavilə və İŞİD-ə qarşı mübarizə məsələləri danışıqların diqqət mərkəzindədir.

Avstraliya 2014-cü ildən ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir hissəsi kimi İraq və Suriyada İŞİD hədəflərinin bombardman edilməsi əməliyyatlarında iştirak edir.

Obama Avstraliyanın koalisiyada Birləşmiş Ştatlardan sonra ən çox əsgəri qüvvə göndərən ölkə olduğunu deyib.
ABŞ prezidenti eyni zamanda Asiya-Sakit okeanı regionunda terrorizmə qarşı mübarizədən danışıb.

"Biz bilirik ki, bu yaxınlarda Cakartada baş vermiş hücum İŞİD-dən ilhamlanaraq həyata keçirilib. Bu, Cənubi Asiya ölkələrinin ekstremizmə qarşı mübarizədə effektiv iş gördüyünü bizə xatırladır, amma bu, həm də diqqət verib baxmalı olduğumuz bir sahədir. Avstraliyada belə terror hücumlarının təsirinə məruz qalıb."

Baş nazir Turnbull Birləşmiş Ştatlar və Avstraliyanın ekstremistlərə qarşı mübarizədə daha yaxından işləməsindən məmnunluq durduğunu ifadə edib.

Pentaqon bildirib ki, Turnbul və ABŞ Müdafiə naziri Eşton Karter arasında bazar ertəsi keçirilən görüşdə İraq və Suriyada vəziyyəti müzakirə edilib. Müdafiə naziri Karter Avstraliyanın ekstremizmə qarşı mübarizəyə verdiyi töhfələrə yüksək qiymət verdiyini deyib.

XS
SM
MD
LG