Accessibility links

Obama Britaniya gənclərini ksenofobiyanı rədd etməyə çağırıb


ABŞ prezidenti Barak Obama Britaniya gənclərini bədbinlik, sinizm və ksenofobiyanı rədd etməyə çağırıb. Obama bu müraciətlə Britaniyanın Avropa İttifaqında qalmasına dəstək ifadə edən açıqlamaları ilə əlaqədar tənqidlərə məruz qaldıqdan bir gün sonra şənbə günü Londonda görüş zamanı çıxış edib.

ABŞ prezidenti deyib ki, dəyişikliklər zamanı kimlik və dəyərlərə münasibətin dəyişdirilməsi kimi bir istək yaranır, lakin o əlavə edib ki, "biz buna müqavimət göstərməliyik." Qloballaşma və inteqrasiya onun bildirdiyi kimi təhlükə deyil, imkanlar deməkdir.

ABŞ prezidenti Barak Obama Londonda gənclərlə görüş zamanı sualları cavablandırır
ABŞ prezidenti Barak Obama Londonda gənclərlə görüş zamanı sualları cavablandırır

Obama növbəti prezidenti necə görmək istədiyi və prezident kimi onun əsas nailiyyətinin nə olduğu da daxil olmaqla müxtəlif suallara cavab verib.
O deyib ki, prezidentliyi ilə bağlı nəticələr çıxarmaq üçün 10 il vaxt lazımdır, lakin "hər zaman özünə inamı olduğunu düşünür."

Obamanın irsi

"Nəticələri sonra çıxaracam, amma qürur duyuram"deyə prezident Obama bildirib.

O, səhiyyə sığortası haqda qanunu, Ebola epidemiyasına ilə mübarizə səyləri və İranla nüvə razılaşmasını əsas nailiyyətlər kimi qeyd edib və ən böyük müvəffəqiyyət kimi 2008-ci ildə maliyyə böhranına işarə edərək, dünya iqtisadiyyatının böyük tənəzzüldən çıxaılmasını göstərib.

Gənc bir qadının ona prezidentliyi dövrü baxışlarına ən böyük təsir göstərən sosial təşəbbüslərin hansı olduğu haqda sualın cavabında Obama eynicinsli insanların nikahməsələsinə baxışlarında inkişafdan danışıb.

Obamanın sözlərinə görə, o, əvvəlcə, vətəndaş nikahının tərəfdarı olub, belə ki insanlara bərabər hüquqlar təmin edildiyi halda bu münasibətlərin evlilik kimi xaralterizə edilməsinə ehtiyac olmadığını düşünüb. Lakin o deyib ki, uşaqlarıın onun baxışlarının dəyişməsinə böyük təsiri olub.

"Söhbət sadəcə leqal hüquqlar deyil, mühakimə yürütməkdən gedir. Bir anlayış başqası ilə əvəz ediləndə, cəmiyyətin gözündə onun mənası düşürülür"-deyə o bildirib.

Prezident Obama Britaniyanın Baş naziri Deyvid Kameronla görüş zamanı
Prezident Obama Britaniyanın Baş naziri Deyvid Kameronla görüş zamanı

Britaniyanın Avropa İttifaqından çıxa bilməsinin tənqidi

ABŞ lideri əsas etibarilər gənclərdən ibarət olan audotiriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bu münasibət Obamanın Britaniyanın Avropa İttifaqında qalması çağırışlarına göstərilərn tənqidlərdən kəskin fərqlənir.

Obamanın açıqlamaları Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarlarının kəskin tənqidlərinə səbəb olub. Britaniyada məsələ ilə bağlı iyunun 23-də səsvermə keçiriləcək.

ABŞ prezidenti Barak Obama, birinci xanım Mişel Obama kraliça İkinci Yelizaveta və şahzadə Filipi şam yeməyindən öncə salamlayır
ABŞ prezidenti Barak Obama, birinci xanım Mişel Obama kraliça İkinci Yelizaveta və şahzadə Filipi şam yeməyindən öncə salamlayır

"Mən inanmıram ki, Avropa İttifaqından Britaniyanın dünyada nüfuzunu azaldır, bu, nüfuzu artırır"-deyə Britaniyanın Baş naziri Deyvid Kameronla cümə günü görüşdən sonra birgə mətbuat konfrasında danışan prezident Obama bildirib.
Britaniyanın sağ cinah İstiqlal partiyasının lideri Naygel Farac Obamaya kəskin şəkildə "başqa işlərə qarışmamağı" tövsiyə edib.

Londonun meri Boris Conson Obamanın açıqlamalarını riyakarlıq adlandıraraq deyib k, ABŞ "heç vaxt Avropa İttifaqı kimi bir quruma üzv olmazdı."
Obamanın "yarı keniyalı" və Britaniya imperiyasına "irsi düşmənçiyi" olduğunu deyən London merinin özünün açıqlamaları da birmənalı qarşılanmayıb.

Britaniyaya üç gün sürən səfəri zamanı Obama ölkənin tariix və ənənələrinə mənfi yanaşdığına dair heç bir şübhəyə yol verməməyə çalışıb. Cümə günü danışan Obamanın etiraf edib ki, onun səfərinin əsas məqsədlərindən birikralişa İkinci Yelizavetaya 90 illik yubileyi münasibətilə xoş arzularını çatdırmaq olub.

Prezident Obama Londonda "Qlobus" teatrında
Prezident Obama Londonda "Qlobus" teatrında

Obama aprelin 21-i 90 illik yubileyini qeyd edən monarxinyanı təkcə "Britaniya deyil, bütün dünyanın cövhəri" adlandırıb.

Şənbə günü Londonda səfərinin sonuncu günü ABŞ prezidenti Vilyam Şekspirin ölümünün 400-cü ildönümü münasibətilə məşhr "Qlobus" teatrını ziyarət edib. O, teatrda Şekpirin "Hamlet" dramına tamaşa edib.

Rəsmilər Obamanın Britaniya müxalifət lideri Ceremi Korbinlə görüşəcəyini təsdiq edib. Görüş əvvəlcədən ABŞ prezidentinin cədvəlində planlaşdırılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG