Accessibility links

Barak Obama Healthcare.gov veb saytındakı problemlərin həll ediləcəyini deyib


ABŞ prezidenti Barak Obama narahatlıqlara yol açan Healthcare.gov veb saytındakı problemlərin həll ediləcəyini deyib.

Həftəlik radio müraciəti zamanı cənab Obama bildirib ki, səhiyyə islahatları sahəsində mübarizə veb səhifəsinin işləməməsi deyil, əksinə, hər bir kəsin haqqı olan sağlamlıq xidmətinin təsisatıdır.

ABŞ dövlət başçısı sayta artıq 20 milyon dəfə girildiyini, 700 min insan tərəfindən səhiyyə xidməti üçün müraciət edildiyini deyib.

Prezident Konqresin respublikaçı nümayəndələrini insanların sığorta ehtiyacını gecikdirməkdə günahlandırıb.

Respublikaçıların həftəlik müraciəti zamanı Nümayəndələr Palatasının Enerji və Ticarət komitəsinin sədri Fred Apton səhiyyə naziri Katlin Sebeliusı vergi ödəyənlərə yüz milyonlarla dollar baş gələn “Obamacare” saytının nəyə görə çalışmadığının müəyyən edilməsinə çağırıb.

Ağ Evin işə cəlb etdiyi ekspertlər noyabr ayının sonunadək saytdakı problemləri həll etməlidir.
XS
SM
MD
LG