Accessibility links

Prezident Obama NATO-nun Şərqi Avropa üzvlərinə dəstək vəd edir


Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün Kremlin Ukraynaya müdaxiləsindən ehtiyat edən NATO-nun Şərqi Avropa üzvlərinə hərbi dəstək verəcəyini bildirib. Bu dövlətlərdən çoxu Moskvanın növbəti hədəfi olacaqlarından ehtiyat edirlər.

ABŞ-da Obamanın tənqidçiləri onun beynəlxalq arenada əzələ nümayiş etdirmədiyini deyirlər Belə bir məqamda cənab Obama NATO-nun Rusiya ilə sərhəd ölkələrində orduya dəstək və təlimlər alması üçün 1 milyard dollardan çox yardım ayrılmasının planlaşdırıldığını bildirib.

Ağ Evin bildirdiyinə görə, Ukraynadakı böhran fonunda ABŞ Avropaya əlavə qoşun göndərməyi də nəzərdən keçirir. Lakin ABŞ-ın hərbi qüvvələrini Şərqi Avropada daimi əsasda saxlaması çətin olacaq. Belə ki, NATO-nun Qərbi Avropa üzvü ölkələr bunun baha başa gələcəyini deyir və Amerika qüvvələrinin sayının atması Moskvanın qarşılıqlı addımlar atacağına və silahlanma yarışına qatılacağından ehtiyat edir.

XS
SM
MD
LG