Accessibility links

Obama orta sinfi gücləndirməyə çağırır


U.S. President Barack Obama speaks about the economy during a visit to Knox College in Galesburg, Illinois July 24, 2013 REUTERS/Kevin Lamarque (UNITED STATES - Tags: POLITICS BUSINESS TPX IMAGES OF THE DAY) - RTX11XEU
U.S. President Barack Obama speaks about the economy during a visit to Knox College in Galesburg, Illinois July 24, 2013 REUTERS/Kevin Lamarque (UNITED STATES - Tags: POLITICS BUSINESS TPX IMAGES OF THE DAY) - RTX11XEU

ABŞ prezidenti Barak Obama Amerika xalqına həftəlik müraciətində orta sinfin vəziyyətinin yaxşılaşdırılması yollarından danışıb.

Cənab Obama amerikalılara müraciət edərək deyib ki, zəhmətkeş insanların 21-ci əsrdə rifahının yaxşılaşmasına nail olunmalıdlır.

Perzident Obama son 40 ay ərzində 7 milyon yeni iş yerinin açıldığını bildirib. Onun bildirdiyinə görə, federal büdcə çatışmazlığı səviyyəsi azalıb, səhiyyə xidmətlərinin qiymətləri isə artmır. Cənab Obama həmçinin ABŞ-ın avtomobil sənayesində və daşınmaz əmlak bazarında vəizyyətin vəziyyətin yaxşılaşdığına diqqət çəkib.

Prezident Obama bildirib ki, gələn bir neçə həftə ərzində o, ölkədə müxtəlif şəhərlərin inkişafı ilə bağlı fikirlərini təqdim edəcək.

Respublikaçıların həftəlik müraciətində Konqresin Nümayəndələr Palatasında əksəriyyətin lideri Erik Kantor deyib ki, respublikaçılar ölkə problemlərini hökumət büdcəsində artıq xərclərin azaldılması, hökumət strukturlarının qeyri-effektiviliyi və hökumətin biznes sahəsinə müdaxiləsi məsələləri ilə məşğul olmaqla həll etməyi düşünr.
XS
SM
MD
LG