Accessibility links

Obama: İran problemi hərbi yolla həll olmamalıdır


ABŞ prezidenti Barak Obama deyib ki, İranın nüvə bombası hazırlamasının qarşısını hərbi deyil, yalnız diplomatik yolla almaq olar.

Cənab Obama bu açıqlamanı İsrailin Kanal 2 televiziyasına müsahibə zamanı verib.

“Fikrimcə, mən təkcə ümidlər deyil, faktlar, dəlillər və təhlillərə əsaslanaraq göstərə bilərəm ki, İranı nüvə silahı istehsalı yolundan çəkindirməyin ən yaxşı yolu ciddi yoxlamanın nəzərdə tutulduğu razılaşmadır”-deyə prezident Obama bildirib.

“Hərbi yolla məsələ həll edilməyəcək. Hətta Birləşmiş Ştatlar iştirak etsə belə, bu, İranın nüvə proqramının ləngiməsinə gətirib çıxaracaq, lakin onun qarşısını almayacaq”-deyə cənab Obama əlavə edib.

İsrailin Baş naziri Benyamin Netanyahu İranla hər hansı bir razılaşma pis razılıq olacağı haqda dəfələrlə xəbərdarlıq edərək, bunun İranın bomba istehsal etməsinin qarşısını ala bilməyəcəyini və İsraili təhlükə altına qoyacağını bildirib.

Prezident Obama İsrailin narahatlılqarının başa düşdüyünü deyib, amma eyni zamanda, İsrailin təhlükəsizliyinin Birləşmiş Ştatlar üçün prioritet məsələ olduğunu bildirib.

Ağ Evin sözçüsü Coş Ernest deyib ki, prezident İranın hərbi obyektlərinin təftişini nəzərdə tutmayan heç bir razılığı imzalamayacq.

XS
SM
MD
LG