Accessibility links

Obama və Merkel Ukraynada vəziyyəti müzakirə ediblər



Ağ Evin verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel telefon söhbəti zamanı Ukraynada vəziyyəti müzakirə edib.

İki lider arasına telefon söhbəti zamanı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Moskvanı hərbi qüvvələrini Ukrayna sərhəddindən geri çəkməyə razı salmaq üçün yeni səylər müzakirə edilib.

Cənab Obama xanım Merkellə Texasdan Vaşinqtona qayıdan zaman təyyarədə olarkən telefon söhbəti aparıb.

ABŞ administrasiyası Rusiya tərəfdarı separatçıların Moskvanın dəstəyi ilə planlaşdırılmış şəkildə təxribat kampaniyası apararaq, Ukraynada qeyri-sabit vəziyyət yaratmağa çalışdığını bildirir.

ABŞ prezidenti və Almaniya kansleri arasında telefon söhbəti Avropada Ukrayna böhranının Rusiyadan qaz təchizatının kəsilməsi ilə bağlı narahatlıqlar fonunda baş aparılıb.
XS
SM
MD
LG