Accessibility links

Barak Obama: Şimali Koreyanın kibernetika hücumu cavabsız qalmayacaq


ABŞ prezidenti məzuniyyətə yola düşməzdən əvvəl ilin yekunlarına dair mətbuat konfransı keçirib.

Prezident siyasətini müdafiə edərək, ABŞ iqtisadiyyatının artıq inkişaf etməyə başladığını və Amerikanın beynəlxalq müstəvidə rəhbər rolunu davam etdirdiyini deyib.

Barak Obamaya ABŞ-ın Kuba siyasəti, Sony Pictures-ə qarşı kibernetika hücumu və mübahisəli mühacirət planları barədə sualları cavablandırıb. Obama Şimali Koreyanın kibernetika hücumunun cavabsız qalmayacağını deyib.

İslam Dövləti ilə mübarizə, Mərkəzi Kəşfiyyat Agentliyinin sorğu-sual metodları və Amerikanın Əfqanıstandakı hərbi missiyasının başa çatdırılması da müzakirə mövzusu olub.

Barak Obama deyib ki, bütöv Amerika üçün olduğu qədər “qara Amerika” üçün də vəziyyət yaxşılaşıb.

O, Ferquson və Nyu-Yorkda polis tərəfindən qaradərili vətəndaşların öldürülməsi ilə baş qaldıran etirazların irqlərarası münasibətləri kölgə altına aldığını desə də, bu kimi problemlərin hər kəsin problem olduğunu və bunların bərabər şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.

Müxbirlər prezidentə respublikaçıların nəzarətinə keçən Konqreslə əlaqələri barədə də suallar ünvanlayıb.

Noyabr seçkilərindən sonra təşkil ediləcək ilk mətbuat konfransında ABŞ dövlət başçısı iqtisadiyyat, səhiyyə, habelə son zamanlar polisin qaradərililərlə davranışı kimi suallara cavab verib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG