Accessibility links

Obama Kaliforniyada atışmadan sonra terrorizm məsələsilə bağlı Amerika xalqına müraciət edəcək


Prezident Obama Oval kabinetdə (arxiv fotosu)
Prezident Obama Oval kabinetdə (arxiv fotosu)

ABŞ prezidenti Barak Obama Kaliforniyada atışmadan sonra amerikalıların təhlükəsizliyi məsələsinin prioritet olduğunu vurğulamaq və Birıləşmiş Ştatların terrorizmə qarşı mübarizəsi kampaniyasını izah etmək məqsədilə bazar günü axşam Ağ Evdən Amerika xalqına müraciət edəcək.

Ağ Evin sözçüsü deyib ki, prezident Obama çərşənbə günü Kaliforniya ştatının San Bernardino şəhərində ABŞ-da anadan olmuş Sayed Rizvan Faruk və onun pakistanlı həyat yoldaşı Təşfin Məlikin törətdiyi qətliamla bağlı aparılan təhqiqata dair son məlumatlarla bölüşəcək, eyni zamanda terrorizmin daha geniş mənada təşkil etdiyi hədələrdən və onu dəf etməyin yollarından danışıcacaq.

Obama İslam Dövləti qrupunun döyüşçülərinin məğlub ediləcəyinə əmin olduğunu və "Birləşmiş Ştatların dağıdıcı ideologiyanın genişlənməsi üçün zorakılıqlardan istifadə edən terrorçu qruplar üzərində qələbə çalmaq üçün öz dəyərlərinə əsaslanıb, ədalət, bərabərlik və azadlıq ideallarına sadiq qalmalı olduğunu" bir daha dilə gətirəcək.

Bu, Obamanın Ağ Evdə Oval kabinet kimi tanınan prezident otağından Amerika xalqına üçüncü müraciət çıxışı olacaq. ABŞ prezidentləri ən ciddi məsələlərlə bağlı Amerika xalqına müraciətlərini bu kabinetdən edir. Prezident Obama sonuncu dəfə Oval kabinetdən çıxışını 2010-cu ildə ABŞ hərbi qüvvələrinin İraqda döyüş əməliyyatlarına son qoyduğu zaman etmişdi.

Sayed Rizvan Farukun və Taşfin Məlikin San Bernardinodakı evi
Sayed Rizvan Farukun və Taşfin Məlikin San Bernardinodakı evi

Federal Təhqiqatlar Bürosu ABŞ-da anadan olmuş Sayed Rizvan Farukun və onun pakistanlı həyat yoldaşı Taşfin Məlikin San Bernardino şəhərində 14 adamın ölümü və 21 adamın yaralanması ilə nəticələnmiş hücumuna yol açan səbəbləri araşdırmaq məqsədilə təhqiqatı davam etdirir.

Şənbə günü rəsmilər atışma zamanı istifadə edildiyi ehtimal edilən iki avtomatı alan şəxsin Redlands məhəlləsində evində reyd keçirib. Faruk bu evin qonşuluğunda yaşayıb və qonşular onu burada yaşayan şəxsin dostu kimi təsvir edib. Lakin Federal Təhqiqatlar Bürosu reydlə bağlı detallar haqda məlumat verməkdən imtina edib. Evində axtarış keçirilən şəxsə qarşı cinayət ittihamları irəli sürülməyib. O, hücumdan sonra əqli xəstəliyi olan insanların müalicə edildiyi mərkəzə müraciət edib.

Faruk və Məlik atışmadan sonra qaçıb, lakin sonradan onların avtomobilinin yaxınlıqdakı küçədə olduğu aşkar edilib. Onların hər iki polislə atışma zamanı öldürülüb. Polis onların evində 12 əldə qayırma bomba, bomba hazırlamaq üçün materiallar və minlərlə patron tapıb.

Təşvin Məlik və Sayed Faruk
Təşvin Məlik və Sayed Faruk

Federal Təhqiqatlar Bürosu hücumu terror aktı kimi təhqiq edir. Ağ Ev rəsmiləri bildirib ki, onların hansısa mütəşəkkil qrup, ya da terror qrupunun üzvü olduğuna dair hələlik bir dəlil aşkar edilməyib.

İslam Dövləti qrupu radioada ingilis dilində yayım zamanı onları öz "əsgərləri", ərəb dilində yayım zamanı isə "tərəfdarları" adlandırıb. Militant qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Məlik hücumun həyata keçirildiyi vaxta yaxın Facebook sosial şəbəkəsidə İslam Dövləti qrupuna sədaqətini bildiriyi haqda status yazıb.

Dostları və ailə üzləri Faruk və Məlikin hücumu nəyə görə keçirdiyi haqda təsəvvürləri olmadığını bildiriblər. Onlar haqda heç vaxt cinayət işi qaldırılmayıb və onların adları hökumətin şübhəlilər siyahısında olmayıb.

Çikaqoda anadan olan Faruk San Bernardino şəhərində yerli hökumətdə tibbi inspektor vəzifəsində çalışırdı. Dostları onun İslama dininə ibadət etdiyini, səmimi, liberal görüşlü bir insan olduğunu deyib.

O, Pakistanda anadan olmuş Məliklə internetdə tanışlıq saytlarının birində anış olub. Onlar Səudiyyə Ərəbistanında görüşüb və orada evləniblər. Məlik Birləşmiş Ştatlara "nişanlı vizası" adı ilə tanınan K-1 vizası ilə gəlib. Onların altı aylıq qızı var. Farukun bəzi dostları onun Səudiyyə Ərəbistanından fərqli bir adam kimi qayıtdığını deyib.

XS
SM
MD
LG