Accessibility links

Obama Baltikyanı ölkələri NATO tərəfindən müdafiə ediləcəklərinə əmin edib


ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynaya müdaxiləsini ölkənin ərazi bütövlüyünün pozulması aktı kimi qınayaraq, Baltikyanı ölkələri NATO-nun onları Moskvanın hər hansı bir təcavüzü qarşısında müdafiə ediləcəyinə əmin edib.

Cənab Obama deyib ki, Estoniya, Litva və Latviya əvvəllər Moskvanın xeyrinə öz müstəqilliklərini itirmişdi, lakin NATO buna bir daha imkan verməyəcək.

Amerika lideri bu açıqlamaları Baltikyanı üş ölkənin lideri ilə danışıqlardan sonra Estoniya paytaxtı Tallində iki min nəfərlik auditoriya qarşısında çıxışı zamanı verib.

Cənab Obama NATO-nun 2004-cü ildə alyansa üzv olmuş Baltikyanı ölkələri qətiyyətlə müdafiə edəcəyini bəyan edib. “Biz NATO müffəfiqlərini müdafiə edəcəyik və bu, hər bir müttəfiq deməkdir. Bu alyansda köhnə, ya da yeni üzvlər, böyük və kiçik tərəfdaşlar yoxdur. Onlar sadəcə müttəfiqdirlər”-deyə prezident Obama bildirib.

XS
SM
MD
LG