Accessibility links

ABŞ prezidenti Barak Obama və İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə görüş zamanı Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər.

Bu, İsrailin iyul və avqust alarında çoxu mülki vətəndaş olmaqla 2100 fələstinlinin ölümülə nəticələnmiş Həmas militantlarına qarşı müharibəsindən sonra iki liderin ilk təkbətək keçirdiyi görüşdür.

Cənab Obama deyib ki, İsrail və fələstinlilər döyüşlərə yol açan məsələlərin həlli üçün status kvo vəziyyətini dəyişmək yollarını axtarmalıdır.

Cənab Netanyahu ABŞ liderindən dəstəyə görə razılığını bildirib və əlavə edib ki, İranın nüvə silahları əldə etməsinin mümkünlüyü bundan daha mühüm məsələdir. İsrail lideri Birləşmiş Ştatların Tehrana qarşı sanksiyaları aradan qaldırmayacağına ümid bəslədiyini bildirib.

Cənab Netanyahu BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı İranın sanksiyaların qaldırılmasına nail olub, nüvə silahları istehsalını davam etdirməklə dünyanı aldatmağa çalışdığını deyib.

İsrail delir nüvə silahına malik İranın İraq və Suriyada İslam Dövləti qrupunun militanatlarından daha da təhlükəli ola biləcəyini söyləyib.

XS
SM
MD
LG