Accessibility links

ABŞ prezidenti Novruz bayramı münasibəti ilə iranlıları təbrik edib. Barak Obama deyib ki, mən bu imkandan istifadə edərək, İran xalqı və İran liderlərinə müraciət edirəm.

Hakimiyyətə gəldiyim vaxtdan bəri İran hökumətinə beynəlxalq öhdəliklərə əməl etməsi üçün imkan verildiyini və öhdəliklərin yerinı yetirilməsinin ölkələr arasında yeni münasibətlərin formalaşdıra biləcəyini dəfələrlə bildirmişəm.

“Mən İranla etimadsızlıq üzündən illərdir davam edən problemlər haqda illüziyaya malik deyiləm. Problemlər arasında dünya ictimaiyyətini narahat edən, regionda sülh və sabitliyə hədə törədən nüvə proqramı yer alır.”

Barak Obama deyib ki, nüvə proqramının dinc mahiyyət daşıdığı iddia edən İran bunun həqəqət olduğunu sübut etməyib. Məhz buna görə İran təcrid edilib. Bunun yüksək və lazımsız dəyərini İran xalqı ödəyir.

“ABŞ məsələnin dinc və diplomatik yolla həllinin tərəfdarıdır. ABŞ dünya ictimaiyyəti ilə bərabər bu yolu seçməyə hazırdır. İndi İran hökumətinin gərginliklərin aradan qaldırılması yolunda təcili addımlar atması vaxtıdır. “

“Bahar gəlir. Ölkələrin gərginlikləri arxada qoyacağına ümid bəsləyirəm. Mən ölkələrimiz arasında dostluq və sülhü bərqərar edəcək yeni gün uğrunda səylərimi davam etdirəcəyəm. Bayramınız mübarək olsun.”

Show comments

XS
SM
MD
LG