Accessibility links

Obamanın qan qardaşı Trampın qonağı kimi prezidentliyə namizədlərin debatına gələcək


Malik Obama
Malik Obama

Prezident Barak Obamanın ata bir ana ayrı qardaşı Malik respublikaçı namizəd Donald Trampın qonağı qismində prezidentliyəl namizədlər arasında sonuncu debata gələcək. Prezidentin Keniyadakı əmisi Amerikanın Səsinə deyib ki, o, Malikin Trampın kampaniyasında alət kimi istifadə olumasına imkan verdiyinə inanır.

O bildirib ki, Malik prezidentliyə respublikaçı namizədi dəstəkləyən yeganə ailə üzvüdür.

“Mən Donad Trampı dəstəkləyən heç bir kəs görməmişəm. Malikdən başqa qalanlar Hillari Klintona böyük rəğbət bəsləyir”-deyə Səid Obama Keniyadakı evindən Amerikanın Səsinə verdiyi müsahibədə bildirib.

Mən Donad Trampı dəstəkləyən heç bir kəs görməmişəm. Malikdən başqa qalanlar Hillari Klintona böyük rəğbət bəsləyir
Səid Obama

O deyib ki, Maliklə te-tez danışmır və onunla keçən il prezident Obamanın Keniyaya səfərindən sonra görüşməyib. O eyni zamanda, Malikin Donald Trampın dəvətini qəbul etməsi və respublikaçı namizədə nəyə görə dəstək verməsini çaşqınlıqla qarşıladığını deyib.

“Mən başa düşmürəm ki, o niyə prezidentə qarşı ondan istifadə edilməsinə razı olub”-deyə o bildirib.

ABŞ vətəndaşı və Merilend ştatında qeydiyyatdan keçmiş seçici olan Malik Obama hazırda Keniyada yaşayır. O, uzun illər Demokrat partiyasının tərəfdarı olub, lakin sonradan Trampı dəstəkləməyə başlayıb.

“Donald Tramp mənim xoşuma gəlir, çünki o, ürəkdən danışır”-deyə o, New York Post qəzetinə müsahibədə bildirib. O daha sonra əlavə edib: ”Amerikanı yenidən qüdrətli edək” çox yaxşı şüardır. Mən onunla görüşmək istəyirəm.”

Donald Tramp mənim xoşuma gəlir, çünki o, ürəkdən danışır.
Malik Obama

Malik eyni zamanda, prezident Barak Obama administrasiyası ilə bağlı dərin narazılığını ifadə edib.

Keniyda anadan olmuş Malik Obama kiçik qardaşı Barakla ilk dəfə 1985-ci ildə görüşüb.

Malik Obama 2013-cü ildə ABŞ-da əlaqələrindən istifadə edərək, Siaya vilayətində işsizlik və yoxsulluqla mübarizə aparacağına söz verərək seçkili vəzifəyə seçilmək üçün yarışlara qatılıb, lakin məğlub olub.

XS
SM
MD
LG