Accessibility links

Obama respublikaçı liderlərlə Ali Məhkəmənin hakimi vəzifəsinə namizəd məsələsini müzakirə edəcək


ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin hakimi vəzifəsinə namizəd məsələsini müzakirə etmək üçün Senatda respublikaçı liderləri Ağ Evdə qəbul edir.

Doqquz üzvü olan məhkəmənin hakimlərindən biri Antonin Skaliya keçən ay vəfat edib. Respublikaçılar bildirib ki, Barak Obama hakimiyyətdə sonuncu il ömürlük icra edilən bu vəzifəyə namizəd təklif etməməlidir. Onlar bu vəzifəyə namizədin yeni prezident tərəfindən irəli sürülməli olduğunu bildirir.

ABŞ Ali Məhkəməsi qarşısında hakimi Antonin Skaliyanın dəfn mərasimi

ABŞ Ali Məhkəməsi qarşısında hakimi Antonin Skaliyanın dəfn mərasimi

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnel və Ədliyyə Kommitəsinin rəhbəri Çak Qrassley Ağ Evdə görüşdən əvvəl bildiriblər ki, onlar bu mesajı təkrar emək niyyətindədirlər.

Obama ilə birlikdə görüşdə vitse-prezident Co Bayden, Senatda demokrat azlığın lideri Harri Reyd və senator Patrik Lihi iştirak edəcək.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, prezident müzakirələrə hazırdır, lakin respublikaçıların mövqeyi məsələnin konstruktiv həllini çətinləşdirir. O, məhkəmənin "siyasiləşdirilmək" riski qarşısında olduğunu bildirib.

XS
SM
MD
LG